Rusiyada şovinizm PİK həddə – Azərbaycanlı ailəyə qarşı vəhşilik

Tarix:5-01-2026, 15:00
Baxış Sayı:1

Rusiyada şovinizm PİK həddə – Azərbaycanlı ailəyə qarşı vəhşilik
Rusiyada milli zəmində nifrət getdikcə güclənir. Zərbə isə təkcə miqrantlara deyil, həm də ölkənin qeyri-rus milliyyətindən olan vətəndaşlarına dəyir. Çünki radikalların gözündə onların “günahı” sırf etnik mənşə və soyadla bağlıdır. Yekaterinburqda baş verən bir hadisə bu əcaib prosesin növbəti sübutu sayla bilər.

igia.az Politika-ya istinadla xəbər verir ki, Yekaterinburqun Dəmir Yolu rayonunun administrasiya rəhbəri Vitali Perşin sosial şəbəkələrdə təqibə məruz qalıb.

Səbəb də onun Rusiya vətəndaşı olan Azərbaycan əsilli bir ailənin uşaqlarının yeni il arzularını yerinə yetirməsi olub. Bu barədə şəhər meriyası məlumat yayıb.

Belə ki, yeni il ərəfəsində məmur “Arzular ağacı”ndan üç uşağın istəklərinin yazıldığı şarı götürüb. Məlum olub ki, uşaqlar skuter, şirniyyat hədiyyəsi və əl işləri üçün dəst istəyib. Lakin hədiyyələr təqdim edildikdən sonra Telegram kanallarında və sosial şəbəkələrdə millətçi xarakterli şərhlər və təhqirlərlə müşayiət olunan kampaniya başlayıb. Buna cavab olaraq, Rusiyada yaşayan azərbaycanlı ailə hədiyyələri geri qaytarıb.

Азербайджанская семья в России вернула подарок после националистической травли

Meriyadan vurğulanıb ki, ailə artıq 20 ildən çoxdur Rusiya vətəndaşıdır və baş verənlər açıq-aşkar ksenofobiya nümunəsidir. Qeyd olunur ki, bu çoxuşaqlı ailədir və onun ən kiçik uşağı əlildir. Bununla belə, uşaqların atası Vitali Perşindən xahiş edib ki, hədiyyələri geri götürsün. Bununla da o, təhqir axınını dayandırmaq və mövzunu bağlamaq istəyib.

Qeyd edək ki, “Arzular ağacı” məmurların və deputatların təşəbbüsü ilə uşaqların, yaşlı insanların və əlilliyi olan şəxslərin yeni il arzularını yerinə yetirdiyi federal xeyriyyə aksiyasıdır.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA