Borçalıda ailə faciəsi - 7 yaşlı Fərrux öldürüldü

Tarix:1-06-2026, 14:46
Baxış Sayı:2

Borçalıda ailə faciəsi - 7 yaşlı Fərrux öldürüldü

Gürcüstanın Bolnisi rayonunda baş verən dəhşətli qətllə bağlı yeni təfərrüatlar məlum olub.

igia.az xəbər verir ki, 42 yaşlı qadın 7 yaşlı oğlunu bıçaqlayaraq öldürüb, daha sonra isə intihara cəhd edib.

Məlumata əsasən, hadisə Bolnisi bələdiyyəsinin Dəmirli (Xaxalajvari) kəndində baş verib. Bildirilir ki, qadın özünə də bıçaq xəsarətləri yetirib, lakin həkimlər onun həyatını xilas edə biliblər.

Öldürülən uşağın 7 yaşlı Fərrux Əhmədov olduğu, cinayətdə ittiham olunan şəxsin isə Svetlana Əhmədova olduğu bildirilib. Qadının Azərbaycan vətəndaşı olduğu qeyd edilib.

Mövcud məlumata görə, hadisədən sonra ailə üzvləri baş verənləri gizlətməyə çalışsalar da, məlumat qısa müddət sonra ictimailəşib.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, qadın saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsin ağırlaşdırıcı hallarda qəsdən öldürülməsini nəzərdə tutan 109-cu maddəsi ilə istintaq aparılır.

Yerli media qadının psixoloji problemlərinin olduğu barədə məlumat yayıb. Bununla bağlı rəsmi qurumların açıqlaması isə hələlik yoxdur.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA