1 ildə ailənin 5 üzvü öldü - Bu gün evləri də yandı

Tarix:5-01-2026, 17:30
Baxış Sayı:3

1 ildə ailənin 5 üzvü öldü - Bu gün evləri də yandı
Ağstafada yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Rayonun Qırılı kəndində ikimərtəbəli 7 otaqlı evdə qeydə alınan hadisədə evin 1-ci mərtəbəsində mətbəxin tavanı və 2-ci mərtəbəsində bir otağın döşəməsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə kənd sakini Sahil İsmayılova məxsus evdə qeydə alınıb. İsmayılovlar ailəsinin 5 üzvü bir ildə müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində ölüb. 2024-cü ilin avqust ayında 2 yaşlı Gülxar İsmayılzadə, daha sonra onun nənəsi və babası, ailənin digər azyaşlı övladı vəfat edib. Ötən il iyulun 8-də isə ailənin gəlini Şəfayət İsmayılova şüşə silərkən nərdivandan yıxılaraq ölüb.

Faktla bağlı rayon Polis İdarəsinin və prokurorluğun əməkdaşları əraziyə baxış keçirib. Hazırda yanğının səbəbləri araşdırılır.

Şəfanın və etimadın ünvanı – Gəncə-Naftalan Sağlamlıq Mərkəzi
Şəfanın və etimadın ünvanı – Gəncə-Naftalan Sağlamlıq Mərkəzi
Yazıçılar Birliyinə qəbul dayandırıldı
Yazıçılar Birliyinə qəbul dayandırıldı
Kirpik diblərinin qaşınması təhlükəlidir - Bu xəstəliyin əlaməti ola bilər
Kirpik diblərinin qaşınması təhlükəlidir - Bu xəstəliyin əlaməti ola bilər
DÇ-2026: II turun oyunlarına start verilir
DÇ-2026: II turun oyunlarına start verilir
Azərbaycanda çoban həbs edildi - Milyonluq yeyinti
Azərbaycanda çoban həbs edildi - Milyonluq yeyinti
Cəlilabadda montyoru "tok" vurdu
Cəlilabadda montyoru "tok" vurdu
İsveç səfiri Azərbaycanı tərk edir - FOTO
İsveç səfiri Azərbaycanı tərk edir - FOTO
Sertifikasiyaya qatılmayan müəllimlərin sayı məlum oldu
Sertifikasiyaya qatılmayan müəllimlərin sayı məlum oldu