Türkiyəyə işləməyə aparılan azərbaycanlı itkin düşdü - FOTO

Tarix:4-06-2026, 10:57
Baxış Sayı:1

Türkiyəyə işləməyə aparılan azərbaycanlı itkin düşdü - FOTO

Gürcüstanın Bolnisi bələdiyyəsinin Kəpənəkçi kənd sakini, 47 yaşlı Elman İsayevin itkin düşdüyü bildirilir.

igia.az xəbər verir ki, Elman İsayevin valideynlərinin sözlərinə görə, oğulları mayın əvvəlində həmkəndlisi Nadir Mirzəliyevlə birlikdə işləmək məqsədilə Türkiyəyə yollanıb.

Onlar bildiriblər ki, mayın 7-də hər iki şəxs Türkiyə sərhədini keçib.

Lakin Nadir Mirzəliyev iki gün sonra geri qayıtsa da, Elman İsayevdən həmin vaxtdan bəri heç bir xəbər almaq mümkün olmayıb.

Valideynlər oğullarının yoxa çıxması ilə bağlı narahat olduqlarını, hadisədə Nadir Mirzəliyevin hər hansı rolunun ola biləcəyindən şübhələndiklərini bildiriblər.

Onların sözlərinə görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

İtkin düşən şəxsin yaxınları qeyd edirlər ki, polis mayın 7-də Elman İsayev və Nadir Mirzəliyevin birlikdə sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçdiyini təsdiqləyib. Bununla belə, ailə hüquq-mühafizə orqanlarının məsələyə lazımi səviyyədə diqqət ayırmadığını iddia edir.

Hazırda Elman İsayevin harada olması ilə bağlı rəsmi məlumat yoxdur. Faktla bağlı araşdırmaların davam etdiyi bildirilir.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA