Praqa–Bakı uçuşunda şok olay: AZAL-ın bələdçisi təhlükəni saniyələr içində zərərsizləşdirdi

Tarix:6-01-2026, 09:00
Baxış Sayı:0

Praqa–Bakı uçuşunda şok olay: AZAL-ın bələdçisi təhlükəni saniyələr içində zərərsizləşdirdi

Ötən gün Praqadan Bakıya gələn sərnişinlər uçuş öncəsi həyəcanlı və gərgin anlar yaşayıblar.

igia.az xəbər verir ki, bu barədə Çexiyada yaşayan azərbaycanlı hüquq müdafiəçisi Mətanət Əzizova sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, hadisə Praqa hava limanında, Praqa–Bakı (AZAL) reysi üçün gözləmə zalında baş verib. Belə ki, naməlum bir kişi təhlükəsizlik yoxlamasından keçmədən, qanunsuz şəkildə trapdan istifadə edərək təyyarə istiqamətində irəliləməyə çalışıb.

M. Əzizovanın bildirdiyinə görə, həmin şəxsin əsas məqsədi sərnişinlərdən əvvəl təyyarəyə daxil olmaq olub:

“Birdən hay-küy düşdü. Cinayətkar heç kəsə tabe olmurdu. Onu dayandırmaq üçün təxminən 30 dəqiqə ərzində aeroportun təhlükəsizlik xidməti, çox sayda polis əməkdaşı, 10-a yaxın qara maskalı xüsusi təyinatlı cəlb olundu. Daha sonra itlər, xüsusi qurğular gətirildi və müxtəlif tədbirlər görüldü. Hadisə əsl Hollivud filmlərini xatırladırdı".

Uzun sürən qarşıdurmadan sonra həmin şəxs zərərsizləşdirilərək saxlanılıb və həbs edilib.

Hüquq müdafiəçisi xüsusi olaraq vurğulayıb ki, cinayətkarın qarşısına ilk çıxan şəxs AZAL-ın bələdçisi olub:

“Baxmayaraq ki, ona qarşı ciddi fiziki güc tətbiq edilirdi, aralarında əməlli-başlı qaydasız döyüş getdi. Amma polis gələnə qədər o cavan oğlan cinayətkara imkan vermədi ki, təyyarəyə daxil olsun. AZAL rəhbərliyindən xahiş etmək istəyirəm həmin reysdə çalışan bütün əməkdaşlar mükafatlandırılsın. Əsas da
o qarabuğdayı qəhrəmanımızı".

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA