25 yaşındadır, amma görənlər inana bilmir - FOTO

Tarix:12-06-2026, 11:00
Baxış Sayı:1

25 yaşındadır, amma görənlər inana bilmir - FOTO

Çində yaşayan və nadir genetik xəstəlik səbəbindən 25 yaşında olmasına baxmayaraq həm fiziki, həm də zehni olaraq uşaq kimi qalan Vanq Cunqmin hekayəsi bacısının sosial şəbəkədə paylaşdığı videolardan sonra viral olub.

25 yaşında olmasına baxmayaraq boyu cəmi 66 santimetr olan Vanq nadir rast gəlinən hormonal pozğunluq səbəbindən həm fiziki, həm də zehni inkişafını tamamlaya bilməyib.

Vanq bacısı Xiaolinqin paylaşdığı videolardan sonra gündəmə gəlib. Öz sosial media hesabında gündəlik həyatlarını paylaşan Xiaolinq 163 min izləyiciyə çatıb.

Xiaolinqin paylaşımlarını görən bəzi xeyriyyəçilər Vanqın müalicə alması üçün onun xəstəxanaya yerləşdirilməsinə kömək ediblər. Müayinələr nəticəsində 25 yaşlı gəncə fevral ayında “hipofiz çatışmazlığı” diaqnozu qoyulub.

Bu xəstəlikdə hipofiz vəzisi böyümə və maddələr mübadiləsini tənzimləyən hormonları kifayət qədər ifraz etmir. Mütəxəssislər bu xəstəliyin adətən 6 ay–3 yaş aralığında aşkarlanmalı olduğunu və erkən müalicə ilə bir çox xəstənin normal boy və zehni inkişaf əldə edə bildiyini bildirirlər.

SCMP-nin məlumatına görə, Vanqın ailəsi illər əvvəl onu xəstəxanaya apararaq müalicəyə başlamışdı. Lakin daş ustası işləyən atanın az gəliri və ananın xəstəliyi “qismət” kimi qəbul etməsi səbəbindən müalicə yarımçıq qalıb.

Hazırda Vanqın müalicəsini üzərinə götürən endokrinoloq Deng Chao onun böyümə və inkişafı ilə bağlı “POU1F1” genində anormallıq olduğunu açıqlayıb.

2021-ci ildə yayımlanan araşdırmaya istinad edən həkim bu genetik pozğunluğun dünyada cəmi 114 halda qeydə alındığını bildirib. Müvafiq müalicə alan bir çox xəstənin normal boy və intellekt səviyyəsinə çata bildiyi qeyd olunur.

Həkimlər isə hazırda müalicənin nəticəsinin necə olacağını dəqiq proqnozlaşdıra bilmirlər.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA