Toyda döyülüb evə qayıtdı, qonşusunun başını kəsdi - Sabirabaddakı dəhşətli qətlin TƏFƏRRÜATI

Tarix:16-06-2026, 12:00
Baxış Sayı:2

Toyda döyülüb evə qayıtdı, qonşusunun başını kəsdi - Sabirabaddakı dəhşətli qətlin TƏFƏRRÜATI

Lənkəran Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Əliyev 19 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Sabirabad rayonunun Moranlı kəndində baş verib. Kənd sakini Ə.Əliyev həmkəndlisi Rüstəm Əliyevlə Şirvan şəhərindəki şadlıq saraylarından birində spirtli içki qəbul edəndən sonra aralarında mübahisə baş verib. Mübahisə zamanı R.Əliyev Əlini söyüb və onu vurub.

Toydan evə qayıdan Əli Rüstəmdən qisas almaq məqsədilə onu öldürmək qərarı verib. O, Rüstəmin yaşadığı məhəlləyə gələrək onu çağırıb. Rüstəm küçəyə çıxdığı zaman Əli özü ilə gətirdiyi mətbəx bıçağı ilə onu kürək nahiyəsindən vurub. O, daha sonra Rüstəmə ard-arda bıçaq zərbələri endirib. Əli Rüstəmə qarın, ürək və baş nahiyələrindən ümumilikdə 33 bıçaq zərbəsi vurub, sonra isə başını kəsib.

Qətl hadisəsini törədən Əli Əliyev polisə təslim olub.

Məlumata görə, hadisədən bir müddət əvvəl Əli Əliyev məhkumluq həyatı yaşayıb və cəzaçəkmə müəssisəsindən yeni çıxıbmış.(oxu.az)

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA