Rusiya müharibə xərclərini 40% artıracaq

Tarix:18-06-2026, 18:28
Baxış Sayı:1

Rusiya müharibə xərclərini 40% artıracaq

Rusiya hakimiyyəti bu il müharibə ilə bağlı xərcləri əlavə olaraq 4-5 trilyon rubl(54,5-68,1 milyard dollar-red) milyard artırmağı planlaşdırır.

igia.az xəbər verir ki, bu barədə anonim mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

Məlumata görə, bu, mövcud büdcədə nəzərdə tutulan məbləğdən təxminən 40 faiz çoxdur. Kreml əlavə vəsaiti əsasən daxili bazardan borclanma hesabına təmin etməyi nəzərdə tutur. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, söhbət 2-3 trilyon rubl(27,2 milyard ilə 40,9 milyard arası-red)həcmində yeni borclanmadan gedir.

Ekspertlər qeyd edirlər ki, Rusiyanın hazırkı büdcəsində mövcud daxili borcun xidmət xərcləri artıq 4 trilyon rubl təşkil edir. Bu, federal büdcənin təxminən 9 faizinə bərabərdir və müdafiə, milli təhlükəsizlik, sosial siyasət və iqtisadiyyatdan sonra ən böyük beşinci xərc maddəsi sayılır.

Bloomberg-in məlumatına görə, əlavə borclanmadan yayınmaq mümkün görünmür. Belə ki, 2026-cı ilin ilk beş ayında Rusiyada büdcə kəsiri 6 trilyon rubla çatıb ki, bu da ÜDM-in 2,6 faizinə bərabərdir. Bu göstərici ilin sonu üçün nəzərdə tutulmuş hədəfi təxminən 60 faiz üstələyib.

Agentlik iyunun əvvəlində də yazmışdı ki, Rusiya Maliyyə Nazirliyi və Mərkəzi Bankın nümayəndələri Prezident Vladimir Putinə xəbərdarlıq edərək hazırkı müdafiə xərclərinin büdcə kəsirinin təhlükəli səviyyədə artmasına səbəb olduğunu bildiriblər.

Lakin "Bloomberg"in mənbələrinin sözlərinə görə, Putin Maliyyə Nazirliyinə digər sahələr üzrə xərclərin azaldılması imkanlarını araşdırmağı tapşırıb, müdafiə xərclərinə isə toxunulmamasını istəyib.

İyunun 10-da isə Rusiya Dövlət Duması Büdcə Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər hökumətə büdcə qanununda müəyyən edilmiş limitləri aşaraq həm xərcləri artırmaq, həm də dövlət borcunu genişləndirmək səlahiyyəti verir.

Dumanın Büdcə və Vergilər Komitəsinin sədri Andrey Makarov qanun layihəsini təqdim edərkən bildirib ki, “bu qanunun qəbuluna təcili ehtiyac var”.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA