Azərbaycanlı gəncdən böyük uğur - Bu universitetə qəbul olundu

Tarix:25-06-2026, 09:30
Baxış Sayı:1

Azərbaycanlı gəncdən böyük uğur - Bu universitetə qəbul olundu

Azərbaycanlı gənc Sanər Baxşəli dünyanın ən aparıcı ali məktəblərindən biri sayılan və “Çinin MİT”i adlandırılan Tsinghua Universitetinə qəbul olunub.
igia.az xəbər verir ki, o, adıçəkilən təhsil müəssisəsinin Economics fakültəsinin “Qlobal liderlər üçün siyasət, iqtisadiyyat və sosiologiya - ağıllı cəmiyyət proqramı” ixtisasında təhsil alacaq.

S.Baxşəli CSCA imtahanlarında riyaziyyat fənni üzrə 97 bal toplayıb və IELTS-dən 7.0 balla C1 sertifikatı əldə edib. Bu uğurdan sonra Avropanın bir çox nüfuzlu təhsil ocaqlarından və Çinin məşhur ali məktəblərindən bir hesab edilən Fudan Universitetindən də qəbul alan azərbaycanlı gəncin seçimi məhz Tsinghua Universiteti olub.

Hazırda qeydiyyat aparılır və yekunlaşdıqdan sonra həmyerlimiz Çinin paytaxtı Pekin şəhərinə təhsil almağa yola düşəcək.

Qeyd edək ki, 1911-ci ildə yaradılan və Çinin paytaxtı Pekin şəhərində yerləşən Tsinghua Universiteti xüsusilə mühəndislik, kompüter elmləri və süni intellekt sahələrində bir çox qlobal reytinqlərdə dünya üzrə 1-ci yerdə göstərilir.Ali məktəb dünya sıralamasında ən yaxşı qlobal universitetlər siyahısında 6-cı yerdə qərarlaşıb.

Buranın məşhur məzunları arasında Çin Xalq Respublikasının sədri Si Cinpin də daxil olmaqla, bir çox nazirlər, dövlət rəhbərləri, alimlər və böyük şirkətlərin sahibləri var.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA