Yeni Konstitusiya qüvvəyə mindi - Parlament buraxıldı

Tarix:1-07-2026, 15:00
Baxış Sayı:0

Yeni Konstitusiya qüvvəyə mindi - Parlament buraxıldı

Qazaxıstanda iyulun 1-dən etibarən yeni Konstitusiya qüvvə minib və bununla da 1995-ci il avqustun 30-da qəbyl edilən Əsas qanun qüvvədən düşüb.
igia.az xəbər verir ki, ölkə Prezidenti Kasım-Jomart Tokayev bu münasibətlə xalqı təbrik edib.
Dövlət başçısının təbrikində deyilir: “Bu gün Qazaxıstanın tarixində yeni bir dövrün başlanğıcıdır. Biz tərəqqi, siyasi və iqtisadi islahatlar və genişmiqyaslı modernləşmə istiqamətində böyük bir yola qədəm qoyuruq. Bu gün siyasi sistemin köklü şəkildə yenidən qurulmasını, dövlətin və vətəndaş cəmiyyətinin əsas institutlarının transformasiyasını qeyd edirik”.

Qazaxıstanda yeni Konstitusiyanın qüvvəyə minməsi ilə ölkədəki Məclis və Senatdan ibarət ikipalatalı parlamentin də səlahiyyətlərinə xitam verilib. Yeni birpalatalı Qurultaya seçkilərin, yeni hüquqi və siyasət konsepsiyanın qəbul edilməsi və bütün qanunvericiliyin yenilənmiş Konstitusiyaya uyğunlaşdırılması 2026-cı ilin avqust ayına planlaşdırılır.
Bu ilin martın 15-də referendumla qəbul edilən Konstitusiyada bir neçə əsas yeniliklər mövcuddur. Bunlar arasında vitse-prezident vəzifəsinin təsis edilməsi, parlamentin birpalatalı olması və Qurultay adlandırılması (o, 145 deputatdan ibarət olacaq və müstəsna olaraq partiya əsasında seçiləcək), Qazaxıstanın ali məsləhətçi orqanı olan “Xalq Keneşi”nin (Xalq Şurası) yaradılması, Qazaxıstan Xalqı Assambleyasının ləğv edilməsi var.

Qurultaya seçkilər Konstitusiyanın qüvvəyə mindiyi gündən etibarən bir ay ərzində Prezident tərəfindən elan edilməli və iki ay ərzində keçirilməlidir. Birinci çağırış Qurultayın ilk sessiyasının açıldığı gündən etibarən iki ay ərzində dövlət başçısı Qurultayın razılığı ilə vitse-prezidenti təyin etməlidir.

Sabah 40 dərəcə isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Novxanıdakı istirahət mərkəzində ölüm
Novxanıdakı istirahət mərkəzində ölüm
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI