Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində şok yeyinti: Akt tərtib olunub, amma…

Tarix:2-07-2026, 16:22
Baxış Sayı:17

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində şok yeyinti: Akt tərtib olunub, amma…

Elm və Təhsil Nazirliyi bu ilin fevralında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində yoxlama aparıb. Bu barədə Tribuna.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, nazirlik sözügedən Təhsil İdarəsinin 2022-ci il aprel ayından 2026-cı ilin fevral ayına qədər olan müddətdə fəaliyyətinə qiymət verib.

Məlumatda qeyd edilir ki, yoxlamalar zamanı xeyli qanun pozuntuları aşkarlanıb. Hətta bununla bağlı 31 səhifəlik akt da tərtib olunub. Qeyd edilir ki, həmin akta əsasən yoxlama seçmə üsuli ilə aparılıb və məlum olub ki, dövlət büdəcsinə külli miqdarda ziyan dəyib. Həmçinin bəlli olub ki, ayrılmış vəsait mənimsənilib. Üstəlik, ciddi nöqsanlara da yol verilib.

Lakin mənbəmiz bildirir ki, akt tərtib olunsa da, indiyə qədər bu məsələyə məsul və cavabdeh olan şəxslərlə bağlı hər hansı addım atılmayıb. Ortada ciddi yeyinti faktlarının olmasına rəğmən, heç kim cəzalandırılmayıb. Əksinə, həmin şəxslər bu gün də vəzifə başındadırlar.

Mənbə bildirir ki, indiyə qədər Regional İdarənin bir çox əməkdaşı Gəncə şəhər Prokurorluğuna müxtəlif vaxtlarda baş vermiş qanunsuzluqlarla bağlı müraciət və şikayət edib. Onların araşdırılmasını xahiş ediblər. Lakin bu müddət ərazində həmin şikayətlərin heç biri ilə bağlı sözügedən Prokurorluq hüquqi addım atmayıb.

Onu da qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində baş verənlərin araşdırılması üçün bir qrup müəllim Baş Prokurorluğa və Maliyyə Nazirliyinə müraciət ediblər. Onlar hər iki qurumdan məsələ ilə bağlı araşdırma aparılmasını və hüquqi tədbirin görülməsini xahiş ediblər.

Xatırladaq ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimovdur.

Qarşı tərəfi də dinləməyə hazırıq. Araşdırmamız davam edir.








"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA