Ağsu polisi Şəhidlər xiyabanını ziyarət etdi – Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi dərin ehtiramla anıldı - VİDEO
Tarix:3-07-2026, 15:48
Baxış Sayı:12
Azərbaycan Polisi xalqın təhlükəsizliyinin keşiyində duran, dövlətçiliyin möhkəmləndirilməsi və ictimai asayişin təmin edilməsində xüsusi xidmətləri olan mühüm hüquq-mühafizə orqanıdır. Bu şərəfli peşənin nümayəndələri hər il 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə yalnız peşə bayramlarını qeyd etməklə kifayətlənmir, eyni zamanda Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin müqəddəs xatirəsini də böyük ehtiramla yad edirlər.
Bu münasibətlə Ağsu Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Oruc Əmiraslanovun rəhbərliyi ilə şöbənin əməkdaşları Ağsu rayonundakı Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına şəhid olmuş igid Azərbaycan övladlarının əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Şəhidlərin məzarları önünə tər güllər düzülüb, onların ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla anılıb.
Şəhidlər xiyabanına edilən bu ziyarət Azərbaycan polisinin xalqına, dövlətinə və müqəddəs şəhidlərimizin xatirəsinə göstərdiyi yüksək mənəvi dəyərin daha bir nümunəsi kimi qiymətləndirilir. Bu cür tədbirlər gənc polis əməkdaşlarında vətənpərvərlik hisslərinin daha da möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin yaşadılması və şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Polisi hər zaman dövlətçiliyin keşiyində dayanaraq ictimai təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində fədakarlıqla xidmət göstərir. Eyni zamanda polis əməkdaşları Vətən müharibəsində və digər döyüş əməliyyatlarında canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini daim uca tutur, onların ailələrinə və yaxınlarına xüsusi diqqət və qayğı ilə yanaşırlar.
Ağsu Rayon Polis Şöbəsinin kollektivinin 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət etməsi də bu ali dəyərlərə sadiqliyin, dövlətə və xalqa sədaqətlə xidmət ənənələrinin bariz ifadəsi oldu. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyən polis əməkdaşları bir daha təsdiq etdilər ki, Vətən uğrunda canını fəda etmiş qəhrəmanların xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı bu müqəddəs dəyərlərin ən yüksək səviyyədə yaşadıldığını nümayiş etdirir. Azərbaycan Polisi də bu dövlət siyasətinə sadiq qalaraq xalqın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanmaqla yanaşı, şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutur.
İGİA – İctimai Güvənlik İnformasiya Agentliyi olaraq, 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını təbrik edir, xidməti fəaliyyətlərində uğurlar arzulayır, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıqla anırıq. Onların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.