Xarkovda ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edildi

Tarix:3-07-2026, 16:19
Baxış Sayı:1

Xarkovda ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edildi

Rusiyanın Ukraynanın Xarkov şəhərinə hava hücumu nəticəsində həlak olan 23 yaşlı azərbaycanlı tələbə Fatimə Hüseynova Kürdəmirdə dəfn olunub.
igia.az "Report"a istinadən xəbər verir ki, ötən gün Azərbaycana gətirilən mərhumun nəşi bu gün səhər saatlarında ata ocağı olan Kürdəmirin Ərəbqubalı kəndində ailəsinə təhvil verilib.

Kənddə mərhumla vida mərasimi keçrilib və cənazə namazı qılınıb.

Daha sonra F.Hüseynova Ərəbqubalı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 23 yaşlı Azərbaycan vətəndaşı Hüseynova Fatimə İlyas qızı iyunun 29-da Rusiya hərbi qüvvələrinin Ukraynanın Xarkov şəhərinin Xolodnohirsk rayonuna endirdiyi idarəolunan aviasiya bombası zərbəsi nəticəsində həlak olub. O, Xarkov Milli Tibb Universitetinin tələbəsi idi.

F.Hüseynova iyunun 30-u Xarkov şəhərində keçiriləcək diplom təqdimetmə mərqasimində iştirak etmək üçün Almaniyadan Xarkova gəlib. Hadisə Fatimənin rəfiqəsi ilə birlikdə məzun fotosessiyasına gedərkən baş verib. Raket zərbəsi zamanı onun rəfiqəsi Ada ağır xəsarətlər alıb və hazırda xəstəxanada müalicə alır. Fatimənin fotosessiyada geyinmək üçün özü ilə apardığı məzun xalatı və papağı hadisə yerində onun nəşinin yanında tapılıb.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA