"Heç bir barışıq olmayacaq..." – Qəzada ölənin ailəsi İLK DƏFƏ danışdı

Tarix:3-07-2026, 16:32
Baxış Sayı:0

"Heç bir barışıq olmayacaq..." – Qəzada ölənin ailəsi İLK DƏFƏ danışdı

"TikTok" fenomeni kimi tanınan İlduzə Hacıyevanın (Arzum) həbsindən sonra qəzada həyatını itirən Amal Məlikovun ailəsi ilk dəfə məsələ ilə bağlı açıqlama verib.

igia.az xəbər verir ki, mərhumun bacısı sosial şəbəkə hesabında paylaşım edərək, məhkəmə hökmündən sonra ailələri ilə barışıq yaratmağa çalışan şəxslərə müraciət edib.

O bildirib ki, son günlər müxtəlif şəxslər ailə üzvləri ilə əlaqə saxlayır, evlərinə gəlmək istəyir və barışıq üçün vasitəçilik etməyə çalışırlar.

Lakin ailənin mövqeyinin qəti olduğunu vurğulayan Amal Məlikovun bacısı bunları yazıb:

"Məhkəmə qərarından sonra müxtəlif şəxslər tərəfindən ailəmizlə əlaqə saxlamaq, evimizə gəlmək, barışıq istəmək və yalvarmaq kimi cəhdlərin edildiyini, sosial şəbəkələrdə bu barədə çağırışların olunduğunu görürük. Heç kim ailəmizə və yaxınlarımıza müraciət etməsin. Heç bir barışıq olmayacaq. Qəzadan sonra mərhuma və ailəmizə qarşı edilən təhqirlərdən sonra bu, artıq mümkün deyil".

Mərhumun bacısı ailənin məhkəmənin çıxardığı hökmü kifayət qədər ağır hesab etmədiyini də qeyd edib. Onun sözlərinə görə, cəzanın artırılması üçün yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsinə müraciət ediləcək.

"Amalın anası yataq xəstəsidir və səhhəti ağırdır. Yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsinə cəza müddətinin artırılması ilə bağlı şikayət verəcəyik. Hüquqi mübarizəmiz sonadək davam edəcək", – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, məhkəmənin hökmü ilə İlduzə Hacıyeva (Arzum) 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA