Yüzlərlə insan axışır, amma... - Hövsandakı "möcüzəvi palçıq" barədə həkimdən kritik XƏBƏRDARLIQ - VİDEO

Tarix:6-07-2026, 11:00
Baxış Sayı:3

Yüzlərlə insan axışır, amma... - Hövsandakı "möcüzəvi palçıq" barədə həkimdən kritik XƏBƏRDARLIQ - VİDEO

Paytaxtın Suraxanı rayonu, Hövsan-Zığ yolunun kənarında yerləşən "Duzlu göl" hər il yay aylarında yüzlərlə insanın üz tutduğu məkanlardan birinə çevrilir.
igia.az xəbər verir ki, sakinlər gölün palçığının müxtəlif ağrılara yaxşı təsir etdiyini desələr də, həkimlər bu müalicə üsuluna əl atmağın təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edirlər.

"2014-cü ildən buraya gəlirəm. Çox faydasını görmüşəm. Həqiqətən də, xeyri var, ağrılarım azalır. Əvvəllər dekabr, yanvar, fevral aylarında hər gün ağrılarım olurdu. İndi isə elə olur ki, bir gün ağrıyır, sonra bir həftə, hətta bir ay ağrı hiss etmirəm", - sakinlərdən biri Baku TV-yə bildirib.

"30 ildir buraya gəlirəm. Həmişə şəfasını görmüşəm. Böyrək, ciyər, sümük ağrıları da daxil olmaqla bir çox narahatlıqlara xeyri var", - başqa bir sakin deyib.

Həkim İradə Hacıyeva isə bildirib ki, palçıq müalicəsinə başlamazdan əvvəl mütləq tibbi müayinə olunmaq lazımdır.

Onun sözlərinə görə, palçığın tərkibi analiz edilməyibsə və xəstəyə MRT nəticələrinə əsasən həkim tərəfindən belə bir müalicə tövsiyə olunmayıbsa, bu üsul bəzi hallarda xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər.

"İnsanlar müəyyən qədər yaxşılaşma hiss edə bilərlər. Amma onurğada yırtıq, protruziya, onkoloji xəstəlik varsa, həkim məsləhəti olmadan həmin palçıqdan istifadə etmək ciddi risk yarada bilər", - İradə Hacıyeva vurğulayıb.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA