Gövhər Əhmədova məhkəmə zalında həbs olundu

Tarix:6-07-2026, 17:46
Baxış Sayı:1

Gövhər Əhmədova məhkəmə zalında həbs olundu

Auditorlar Palatasının mənimsəmədə təqsirləndirilən maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov 2 min manat cərimə olunub, maliyyəçi-mühasib Gövhər Əhmədova 5 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub, auditor Fəridə Novruzovaya isə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası verilib.
igia.az məlumatına görə, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Fəridə Novruzovanın doğulacaq övladının 14 yaşına qədər cəzası təxirə salınıb. Həmçinin onlara Cinayət Məcəlləsinin 313-cü maddəsi əsasında elan edilən ittihama cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün xitam verilib.

Xatırladaq ki, ötən proseslərin birində dövlət ittihamçısı hər üç təqsirləndirilən şəxsin 10 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

İttihama görə, 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, sığorta ödənişləri, vergi ödənişləri, mal-materialların siyahılaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ödəniş cədvəllərində, illik hesabatlarda öz qohumları adına onların xəbəri olmadan bank kart hesabı açılıb və həmin karta pul köçürülüb. Daha sonra həmin kartlara köçürülən ümumilikdə 717 min 311 manat məbləğ nağdlaşdırma yolu ilə mənimsənilib.

İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Auditorlar Palatası tanınıb.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA