Minlərlə insanın ölümü proqnozlaşdırılır - qəbirlər qazıldı

Tarix:6-07-2026, 17:57
Baxış Sayı:1

Minlərlə insanın ölümü proqnozlaşdırılır - qəbirlər qazıldı

İranın mərhum Ali Dini Lideri Seyid Əli Xameneinin dəfn mərasimi ilə bağlı təhlükəsizlik risklərinə dair iddia yayılıb.

igia.az xəbər verir ki, Almaniyanın "Die Welt" nəşrinin yaydığı məlumata görə, jurnalistlərin əldə etdiyi İran Qırmızı Aypara Cəmiyyətinin məxfi məktubunda matəm mərasimləri zamanı 1500-3000 nəfərin həlak ola biləcəyi proqnozlaşdırılır.

Məlumata əsasən, bununla əlaqədar İran hakimiyyəti xüsusi operativ qərargah yaradıb. Həmçinin Tehran yaxınlığındakı ölkənin ən böyük qəbiristanlığı olan Beheşt-e Zəhrada minlərlə yeni qəbir hazırlanıb.

Tehran şəhər administrasiyasının əməkdaşlarından birinin sözlərinə görə, kütləvi insan axını və havanın həddindən artıq isti keçməsi səbəbindən vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmaq mümkün deyil.

Xatırladaq ki, Qasım Süleymaninin dəfn mərasimində rəsmi məlumatlara görə, izdiham nəticəsində 56 nəfər ölüb, yüzlərlə insan yaralanmışdı. Ruhullah Xomeyninin dəfn mərasimi də insan tələfatı ilə nəticələnmişdi.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA