Nazirliyin qoyunlarını oğurladı

Tarix:8-07-2026, 15:00
Baxış Sayı:1

Nazirliyin qoyunlarını oğurladı

Zaqatalada dövlətə məxsus xırdabuynuzlu heyvanları oğurlayan şəxsə hökm oxunub.
Məhkəmənin müəyyən etdiyi hallara görə, təqsirləndirilən şəxs 2025-ci ilin iyun ayında Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən yaşayış evinə bitişik tövləyə qanunsuz daxil olaraq ümumilikdə 27 baş xırdabuynuzlu heyvan oğurlayıb. Oğurlanan heyvanlardan 20 başı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə, 7 başı isə ev sahibinə məxsus olub.

Nəticədə ƏƏSMN-nin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinə 6 631,6 manat, heyvanların saxlandığı evin sahibinə isə 1000 manat maddi ziyan dəyib.

İş materiallarına əsasən, təqsirləndirilən şəxs hadisədən bir gün əvvəl çay kənarında işləyərkən tövlədəki heyvanları görüb və pula ehtiyacı olduğu üçün onları oğurlamaq qərarına gəlib. Gecə saatlarında qapısında qıfıl olmayan tövləyə daxil olaraq heyvanları çıxarıb, çay yatağı ilə sürərək başqa bir bağa aparıb.

Onun ifadəsinə görə, daha sonra tanışına zəng edib həmin yerə gəlməsini istəyib. Tanışına heyvanları oğurladığını və pula ehtiyacı olduğunu dedikdən sonra həmin şəxs 5 baş heyvanı alacağını bildirib. Təqsirləndirilən şəxs qalan 22 baş heyvanı bağda saxlayaraq evinə gedib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ev sahibinə dəymiş 1000 manat maddi ziyanı ödədiyini, əməlindən peşman olduğunu və ilk dəfə məhkum edildiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Zərərçəkmiş ev sahibi isə oğurluğun bir nəfər tərəfindən törədilməsinin mümkün olmadığını bildirib. Onun sözlərinə görə, bu sayda heyvanın gecə saatlarında tövlədən çıxarılması və başqa yerə aparılması üçün ən azı bir neçə nəfərin iştirakı lazım olub. O, təqsirləndirilən şəxsin tanışının da məsuliyyətə cəlb edilməli olduğunu deyib.

Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi isə məhkəmədə dövlətə vurulan ziyanın ödənilmədiyini bildirərək oğurlanmış dövlət əmlakının geri qaytarılmasını tələb edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Onun həbsdə və ev dustaqlığında olduğu 4 ay 17 gün müddət cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA