Almaniyada viza fırıldaqçılığı: Azərbaycanlılar ilk "üçlük"də yer alıb

Tarix:6-01-2026, 16:30
Baxış Sayı:3

Almaniyada viza fırıldaqçılığı: Azərbaycanlılar ilk "üçlük"də yer alıb
Almaniyaya saxta yolla əldə edilmiş vizalarla getmək istəyən miqrantların sayı getdikcə artır.

igia.az xəbər verir ki, Almaniya sərhəd nəzarətini sərtləşdirdiyindən və sənədsiz miqrantlar üçün girişi çətinləşdirdiyindən, əcnəbilər getdikcə yalan məlumatlara və səbəblərə əsaslanaraq əldə edilmiş vizalarla ölkəyə daxil olmağa çalışırlar. Yerli media viza fırıldaqçılığı hallarının rekord səviyyəyə çatdığı bildirilir.

Alman polisinin müəyyən etdiyi kimi, bu saxta vizaların çoxu Almaniyada, eləcə də Fransa, Yunanıstan, İtaliya və İspaniyada "sığınacaq müraciətləri ilə bağlıdır". Bundan əlavə, qanuni giriş axtaran sənədsiz miqrantlar getdikcə "iş və ya təhsil üçün heç bir real əsas olmadan Almaniya milli vizaları" alırlar, deyə bildirilir.

2025-ci ildə polis viza saxtakarlığı ilə bağlı 5569 iş açıb ki, bu da 2024-cü ilin ümumi sayından (5578 iş) bir qədər azdır. Müqayisə üçün, 2022-ci ildə Almaniyada viza fırıldaqçılığında cəmi 2596 şübhəli iştirak edib. Beləliklə, bu rəqəm 3 ildə ikiqat artıb.

Viza fırıldaqçılığı xüsusilə Türkiyə vətəndaşları ilə bağlı geniş yayılıb və ötən il 634 şübhəli hal aşkarlanıb. Siyahıda ikinci pilləni Azərbaycan vətəndaşları tutur. Ötən il yalan məlumatlar əsasında viza ilə Almaniyaya 526 həmvətənimiz cəhd göstərib. Növbəti ən yüksək viza fırıldaqçılığı halları İran (462), Suriya (275) və Əfqanıstanın (212) payına düşür.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA