Paşinyan o “bayraq”ları yığışdırdı

Tarix:3-08-2026, 10:00
Baxış Sayı:2

Paşinyan o “bayraq”ları yığışdırdı

Deputat Kristine Vardanyan Ermənistanda “artsax bayrağına qarşı mübarizə”nin başlandığını açıqlayıb. Onun sözlərinə görə, “artsax bayraqları” parlamentdə müxalifət masalarından və digər yerlərdən xəbərdarlıq edilmədən yığışdırılıb.

"Biz bunu bayraq döyüşünə çevirməməliyik, çünki bir tərəf onu yerləşdirir, digəri isə götürür. Biz elə bir ölkə qurmalıyıq ki, artsax bayrağının mövcudluğu heç kim üçün problem yaratmasın", - Vardanyan bildirib. O, bu əski parçasının onlar üçün dəyərli olduğunu və onu həm ofislərində, həm də iş otaqlarında saxladıqlarını vurğulayıb.

Qeyd edək ki, Ermənistan parlamentində müxalifətdən olan deputatların masasında keçmiş mifik rejimin əski parçası olurdu. “Ermənistan parlamentində “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “bayraqları”nın nümayiş etdirilməsi müharibə təhlükəsi yaradan amillərdən biridir”. Bunu bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan bildirib ki, “Qarabağ hərəkatı” (erməni separatizmi-red.) davam etdirilməməlidir və parlamentdə “Qarabağ bayraqları”nın olması yeni gərginlik üçün zəmin yaradır.

“Qarabağ hərəkatı” davam etməməlidir, Ermənistan parlamentində “Qarabağ bayraqları”nın olması isə müharibə təhlükəsi yaradır. İnsanlar masanın üzərinə “bayraq” qoyduqda bununla həmin müzakirələri başlayır və qızışdırırlar. Bundan sonra kimin ilk nə dediyini və ya necə cavab verdiyini müəyyən etmək çətin olur”, - deyə Ermənistanın baş naziri bildirib.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA