Azərbaycanda tanınmış bloger saxlanıldı: Canlı yayımda Özbəkistan prezidentini təhqir edib - TƏHVİL VERİLDİ

Tarix:29-12-2025, 10:00
Baxış Sayı:4


Özbəkistan prezidenti Şavkat Mirziyoyev barədə açıq efirdə təhqiramiz ifadələr işlədən bloger Azərbaycanda saxlanılaraq Özbəkistana təhvil verilib.

A.Y. adlı şəxs 2023-cü ilin fevral ayında Almatı şəhərində olarkən TikTok sosial şəbəkəsində “Sherxon” adlı profil vasitəsilə canlı yayım açıb və Özbəkistan prezidentinin şərəf və ləyaqətini açıq şəkildə təhqir edib.

A.Y. Azərbaycan ərazisində saxlanılıb və hüquqi prosedurlardan sonra Özbəkistan tərəfinə təhvil verilib. Məhkəmənin qərarı ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesində çıxış edən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib:

“2023-cü ilin fevralında TikTok platformasında ölkəmizin rəhbərini təhqir etmişəm. Etdiyim hərəkətdən peşmanam və bir daha belə ifadələr işlətməyəcəyəm”.

Qeyd edək ki, saxlanılan şəxs Özbəkistanın *Kaşkadərya vilayəti*nə bağlı Kitab rayonunun sakinidir.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA