“Həmin şəxs hazırda iki obyekt işlədir” - RƏSMİ CAVAB

Tarix:Вчера, 13:13
Baxış Sayı:0


İşğaldan azad olunmuş Ağdərə rayonunun Vəngli kəndinə qayıdan keçmiş məcburi köçkün Mirsədi Məhərrəmli sosial şəbəkədə video paylaşıb.
igia.az xəbər verir ki, o, işlə təmin edilmədiyini, sosial vəziyyətinin çətin olduğunu bildirib.
“Bir il əvvəl bura qayıtmışıq. Amma Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəlik bizi işlə təmin etməyib”, - o söyləyib.

M.Məhərrəmli deyib ki, ona görə də yol kənarında obyekt açıb dolanışıqlarını təmin edirlər:
“Yolun kənarında özümüzə şərait yaratmışdıq ki, dolanaq. İş-güc yoxdur, imkan vermirlər dolanaq”.

Ölkə.az məsələ ilə bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəliyə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, keçmiş məcburi köçkünlərin işlə təmin olunması dövlətin sosial siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsi insanların dayanıqlı məşğulluğunun təmin edilməsidir:


581717

“Bu çərçivədə keçmiş məcburi köçkünlərin müxtəlif sahələrdə işlə təmin olunması üçün geniş imkanlar yaradılır”.

Konkret olaraq Mirsədi Məhərrəmli adlı keçmiş məcburi köçkünə gəlincə, onun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəlik tərəfindən guya işlə təmin olunmaması ilə bağlı sosial şəbəkələrdə səsləndirdiyi həqiqətə uyğun olmayan iddiaları ilə bağlı bunlar bildirilib:

“Mirsədi Məhərrəmli Ağdərə rayonunun Vəngli kəndində məskunlaşan keçmiş məcburi köçkündür. O, işlə təmin olunub. Avtoyuma və yanındakı kafe müqavilə əsasında həmin sakinə verilib. Həmin şəxs bunlardan əlavə qeyri-qanuni olaraq, özbaşına başqa bir obyekt (yol kənarında attraksion quraşdırıb) də işlədir. Həmin şəxsə bunun qanuna zidd olduğu izah edilib. Amma təəsüf ki, o, buna baxmayaraq ictimaiyyətə səhv məlumat verib. Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan bu cür məlumat yaymaq görülən işlərin obyektiv qiymətləndirilməsinə mənfi təsir göstərir, cəmiyyətdə yanlış fikir formalaşdırır”.

Ölkə.az Mirsədi Məhərrəmli ilə imzalanan müqaviləni də əldə edib. Müqavilə 2026-ci il iyulun 21-də onunla “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İcraçı direktoru Telman Kərimli arasında bağlanılıb.
Sənədə əsasən, M.Məhərrəmliyə Ağdərə rayonu, Vəngli kəndində yerləşən, tikinti altı sahəsi 95.7 kv.m, faydalı sahəsi 67.3 kv.m olan qeyri-yaşayış binası verilib. O, həmin əmlakı qəbul edib və bu müqavilənin predmetini təşkil edən fəaliyyət növünü fasiləsiz təmin etməyi üzərinə öhdəlik kimi götürüb.

Apardığımız araşdırma zamanı o da məlum oldu ki, hər iki obyekt hazırda işləyir.

Fəaliyyətinə qanuni formada icazə verilən və hazırda işləyən avtoyuma məntəqəsi və kafenin fotoları
581723581724

Sabah 40 dərəcə isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Novxanıdakı istirahət mərkəzində ölüm
Novxanıdakı istirahət mərkəzində ölüm
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI