Məhkəməyə verib nə edəcəkdilər?! - Nemət Pənahlıdan Elçibəy ailəsinə cavab

Tarix:20-08-2026, 13:19
Baxış Sayı:5

Məhkəməyə verib nə edəcəkdilər?! - Nemət Pənahlıdan Elçibəy ailəsinə cavab

Meydan hərəkatının fəal iştirakçısı Nemət Pənahlının mərhum eks-prezident Əbülfəz Elçibəylə bağlı səsləndirdiyi ittiham qalmaqala səbəb olub. Nemət Pənahlı iddia edir ki, Əbülfəz Elçibəy 80-ci illərin sonlarında vüsət alan Meydan hərəkatı zamanı toplanmış 10 milyon manatı mənimsəyib. İttihamı rədd edən mərhum eks-prezidentin oğlu Ərturqut Əliyev Nemət Pənahlını məhkəməyə verəcəyini bildirib. Lakin o, sonradan fikrini dəyişib.

Ərturqut Əliyev igia.az-a açıqlamasında Nemət Pənahlını məhkəməyə verməkdən vaz keçdiyini bildirib.

"Onu məhkəməyə verməkdən vaz keçdim. Buna dəyməz. Ailəmlə məsələni müzakirə edib məsləhətləşdim. Qərara gəldik ki, belə bir addım atmağa lüzum yoxdur",- deyə o qeyd edib.

Nemət Pənahlı da məsələyə münasibət bildirib.

O, Modern.az-a deyib ki, qarşı tərəf məhkəməyə müraciət etsəydi belə, heç nə qazanmayacaqdı:

"Əbülfəz bəy prezident olanda məni məhkəməyə vermişdilər və onun acı nəticələrini görmüşdülər. İndi məni məhkəməyə verib nə edəcəkdilər ki?! Mən öz bildiyim informasiyanı deyirəm. O zaman məni guya prezidentin şərəf və ləyaqətini alçatdığıma görə məhkəməyə verdilər. Həbsdə zəhərləyib öldürmək istədilər. Ancaq özləri pis vəziyyətdə qaldılar".

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA