Paşinyan "yeni respublika" elan etdi

Tarix:20-08-2026, 13:21
Baxış Sayı:1

Paşinyan "yeni respublika" elan etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin “Üçüncü Respublika”dan “Dördüncü Respublika” mərhələsinə keçdiyini açıqlayıb.

igia.az xəbər verir ki, Paşinyan hökumətin iclasında 2026–2031-ci illər üçün hökumət proqramının “Real Ermənistan” ideologiyasına və “Dördüncü Respublika” konsepsiyasına əsaslandığını bildirib.

Baş nazir “Üçüncü Respublika” ilə “Dördüncü Respublika” arasındakı əsas fərqi belə ifadə edib:

“Üçüncü Respublika ilk gündən münaqişə məntiqi üzərində qurulmuşdu, Dördüncü Respublika isə sülh məntiqi əsasında formalaşıb”.

Paşinyanın sözlərinə görə, 1990-cı illərdə elan edilmiş Üçüncü Respublikanın əsas məqsədlərindən biri tarixi detllara aid olub və Qarabağ hərəkatı da bu konsepsiyadan qaynaqlanıb.

O bildirib ki, Ermənistan hazırda sülh şəraitində 2018-ci il “məxməri inqilabı”ndan sonra həyata keçirilməsi nəzərdə tutulan, lakin pandemiya, müharibə və müharibədən sonrakı böhranlar səbəbindən tam reallaşdırılmayan islahat gündəliyinə qayıda bilər.

Paşinyan hökumətin yeni proqramının gələn həftə Milli Assambleyada daha ətraflı təqdim ediləcəyini də açıqlayıb.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA