Sükan arxasında telefon işlədənlərə xəbərdarlıq

Tarix:24-08-2026, 10:13
Baxış Sayı:0

Sükan arxasında telefon işlədənlərə xəbərdarlıq

Müasir dövrdə mobil telefon gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, yol hərəkəti zamanı ondan diqqətsiz istifadə ciddi təhlükələrə səbəb ola bilər. Xüsusilə nəqliyyat vasitəsini idarə edərkən diqqətin telefona yönəldilməsi ətrafda baş verənləri vaxtında görməyə və yaranan təhlükəni düzgün qiymətləndirməyə mane olur.

igia.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yol hərəkəti iştirakçılarına müraciətində bildirilir. “Sükan arxasında mobil telefondan istifadə sürücünün diqqətini yayındırır, reaksiyasını ləngidir, nəqliyyat vasitəsinə nəzarəti zəiflədir və qəfil yaranan təhlükəyə gec reaksiya verməsinə səbəb ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri sükan arxasında mobil telefondan istifadə etməməyə, diqqətlərini yalnız yola və nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasına yönəltməyə çağırır. Eyni zamanda, piyadalar da yolu müəyyən edilmiş keçidlərdən keçərkən mobil telefondan mümkün qədər az istifadə etməli, diqqətlərini yol şəraitinə və yaxınlaşan nəqliyyat vasitələrinə yönəltməlidirlər”, - deyə müraciətdə qeyd olunur.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA