“Tanrının əli” dəyən top 2,5 milyona satıldı

Tarix:24-08-2026, 14:07
Baxış Sayı:2

“Tanrının əli” dəyən top 2,5 milyona satıldı

Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatında İngiltərəyə qarşı “Tanrının əli” kimi tarixə düşən qolunu vurduğu top hərracda 2,5 milyon funt sterlinqə satılıb.

igia.az xəbər verir ki, top ABŞ-də keçirilən “Heritage Auctions” hərracında 3,3 milyon dollara (2,5 milyon funt sterlinq) alıcı tapıb.

Xatırladaq ki, Maradona 1986-cı ildə Meksikada keçirilən Dünya Çempionatının 1/4 finalında İngiltərəyə qarşı matçın 51-ci dəqiqəsində topu əli ilə qapıya göndərərək Argentina yığmasını hesabda önə keçirib. Baş hakim qolu qeydə alıb və argentinalılar qarşılaşmanı 2:1 hesabı ilə qazanıblar. Maradona oyundan sonra qol barədə “bir az Maradonanın başı, bir az da Tanrının əli ilə” ifadəsini işlədib. Məhz bundan sonra epizod futbol tarixində “Tanrının əli” adı ilə məşhurlaşıb.

Eyni qarşılaşmada Maradona daha bir tarixi qola imza atıb. O, öz meydançasından irəliləyərək İngiltərənin beş futbolçusunu keçib və qapıçı Piter Şiltonu da aldatdıqdan sonra topu tora göndərib. Bu qol sonradan “Əsrin qolu” adlandırılıb. Hərraca çıxarılan Adidas Azteca topunu həmin oyunun tunisli baş hakimi Əli Bin Nasir matç başa çatdıqdan sonra götürərək 30 ildən çox müddət ərzində saxlayıb.

Bin Nasir 2023-cü ildə imzaladığı məktubla həmin topun matç boyunca istifadə olunan yeganə top olduğunu təsdiqləyib. Daha sonra bu məlumat müstəqil ekspertiza ilə də təsdiqlənib. Maraqlıdır ki, topun hərracda 10 milyon dollara (7,3 milyon funt sterlinq) yaxın qiymətə satılacağı gözlənilirdi. Lakin yekunda 3,3 milyon dollara alıcı tapılıb.

Bin Nasir topu 2022-ci ildə 2,37 milyon dollara (1,74 milyon funt sterlinq) satmışdı. Yeni sahibi isə 2023-cü ildə topu yenidən hərraca çıxarsa da, təkliflər müəyyən edilmiş minimum qiymətə çatmadığı üçün satış baş tutmamışdı.

Qeyd edək ki, Maradonanın həmin İngiltərə-Argentina qarşılaşmasında geyindiyi forma isə 2022-ci ildə keçirilən hərracda 7,1 milyon funt sterlinqə satılıb.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA