Türkiyənin Düzce Universiteti Araşdırma və Tətbiq Xəstəxanasında böyük rezonans doğuran qalmaqal yaşanıb.
igia.az xəbər verir ki, tibbi xidmət almaq üçün xəstəxanaya müraciət edən vətəndaşlar dəhlizə açılan və qapısı açıq saxlanılan otaqdakı kompyuter ekranında pornoqrafik kadrların nümayiş olunduğunu görüblər.
Hadisə şahidlərindən biri hər kəsin gözü qarşısında yaşanan bu biabırçılığı anbaan lentə alaraq sosial şəbəkələrdə paylaşıb.
Görüntülər qısa müddətdə geniş yayılaraq ictimaiyyətin və sosial şəbəkə istifadəçilərinin kəskin tənqidinə səbəb olub.
Məsələnin böyük əks-səda doğurmasından sonra xəstəxana rəhbərliyi rəsmi açıqlama yaymağa məcbur olub.
Açıqlamada sözügedən otağın “bağlana bilən və xəstə məhrəmiliyi qorunan xüsusi sahə” olduğu iddia edilib. Həmçinin bildirilib ki, ərazidən istifadə və giriş şərtlərinə yenidən baxılıb, təhlükəsizlik tədbirləri gücləndirilib.