Kələmləri bir-bir soyduqca dəhşətli mənzərə üzə çıxdı - 1 tonluq “sürpriz” - VİDEO

Tarix:12-09-2026, 08:35
Baxış Sayı:1

Kələmləri bir-bir soyduqca dəhşətli mənzərə üzə çıxdı - 1 tonluq “sürpriz” - VİDEO

ABŞ-ın Texas ştatında narkotik qaçaqmalçılarının qeyri-adi gizlətmə üsulu üzə çıxıb.

igia.az xəbər verir ki, ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) Makallen bölməsinin əməkdaşları Rio-Qrande vadisində keçirilən əməliyyat zamanı kələm yükünün içərisində gizlədilmiş böyük həcmdə metamfetamin aşkarlayıblar.

Məlumata görə, ələ keçirilən narkotikin çəkisi 1 ton olub. Bağlamalar yaşıl materiala bükülərək kələm başlarına bənzədilib və adi kənd təsərrüfatı məhsullarının arasında gizlədilib.

Yayılan videogörüntülərdə əməkdaşların kələm formasında hazırlanmış bağlamaları bir-bir açması və içərisindəki gizli yükü üzə çıxarması əks olunur.

Əməliyyat ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin xüsusi işçi qrupunun apardığı araşdırma çərçivəsində həyata keçirilib. DEA ilə yanaşı, əməliyyatda FBI, Daxili Təhlükəsizlik Araşdırmaları Xidməti, Gömrük və Sərhəd Mühafizəsi, Sərhəd Patrulu və Texas İctimai Təhlükəsizlik Departamentinin əməkdaşları iştirak ediblər.

Texasda narkotik vasitələrin kələm yükündə gizlədilməsi ilə bağlı daha əvvəl də oxşar hadisə qeydə alınıb. 2024-cü ildə başqa bir yük maşınında kələmlərin arasında təxminən 1356 kiloqram metamfetamin aşkarlanmışdı.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA