Siqaret qadınlarda sonsuzluq riskini 40 faiz artırır

Tarix:12-09-2026, 08:53
Baxış Sayı:2

Siqaret qadınlarda sonsuzluq riskini 40 faiz artırır

Siqaret çəkən qadınlarda sonsuzluq riski siqaret çəkməyənlərlə müqayisədə 40 faiz daha yüksəkdir. Siqaret kişilərdə spermanın keyfiyyətini də pisləşdirir və sonsuzluq müalicəsinin uğurlu nəticələnməsi ehtimalını azaldır.
igia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elmi məlumatların icmalında bildirilib. Nəticələr qurumun rəsmi saytında təqdim olunub. Tədqiqatçılar qeyd ediblər ki, siqaretdən imtina riskləri azalda bilər. Əvvəllər siqaret çəkən, lakin sonradan bu vərdişdən imtina edən qadınlarda sonsuzluq ehtimalı siqaret çəkməyə davam edənlərlə müqayisədə 25 faiz aşağıdır.

Mütəxəssislərin sözlərinə görə, insan tütündən nə qədər tez imtina etsə, reproduktiv sağlamlıq üçün bir o qədər yaxşıdır.

Siqaret çəkmək kişilərdə reproduktiv qabiliyyətin pozulması ilə də əlaqələndirilir. Siqaret çəkən kişilərdə ereksiya və eyakulyasiya problemlərinə daha çox rast gəlinir. Həmçinin spermanın tərkibində spermatozoidlərin hərəkətliliyinin azalması və formasının dəyişməsi müşahidə oluna bilər. Bəzi hallarda isə spermatozoidlər, ümumiyyətlə, olmaya bilər.

Siqaret xüsusilə sonsuzluq müalicəsi alan insanlar üçün təhlükəli ola bilər. 21 tədqiqatın təhlili göstərib ki, siqaret çəkmək süni mayalanma, o cümlədən ekstrakorporal mayalanmadan (EKM) sonra hamiləlik və canlı doğuş hallarının daha az olması ilə əlaqəlidir.

ÜST-nin məlumatına görə, siqaret sonsuzluq müalicəsinin uğurlu nəticələnməsi şansını təxminən iki dəfə azalda bilər. Passiv siqaret çəkmə də reproduktiv sağlamlığa mənfi təsir göstərə bilər. Tütün tüstüsünə mütəmadi məruz qalmaq qadınlarda sonsuzluq riskinin artması və hamilə qalmaq ehtimalının hər ay daha aşağı olması ilə əlaqələndirilir.(lent.az)

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA