Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilib.
igia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamları ilə mərkəzin İdarə Heyəti sədrinə 3 müavin də təyin edilib. Bunlar Fərhad Məmməd oğlu Məmmədov, Cavid İsmayıl oğlu Vəliyev və Gülşən Məmmədəli qızıdır.
Qeyd edək ki, bu il fevralın 20-də Prezident İlham Əliyev "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" publik hüquqi şəxslərin yenidən təşkili haqqında Fərman imzalayıb. Sənədə əsasən, "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" (BMTM) publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə qoşulub.