XİN-dən sərt açıqlama - “Daxili işlərimizə qarışmayın”

Tarix:18-09-2026, 19:00
Baxış Sayı:2

XİN-dən sərt açıqlama - “Daxili işlərimizə qarışmayın”

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağa çalışması qətiyyətlə pislənir və rədd edilir.

igia.az xəbər verir ki, bu fikirlər Azərbaycan XİN-in mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Fransanın Avropa və XİN-in mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı mövqeyinə dair şərhində qeyd olunub.

Bildirilib ki, ayrı-ayrı cinayət işləri üzrə Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilən məhkəmə proseslərinin siyasi mülahizələr əsasında təqdim edilməsi və Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir:

"Fransanın Azərbaycanla bağlı belə ittihamlar səsləndirərkən öz hüquq-mühafizə və penitensiar sistemində mövcud problemləri nəzərə almaması diqqətdən kənarda qala bilməz. Bununla yanaşı, Fransa tərəfinin beynəlxalq hüquqi pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur.

Fransa tərəfini Azərbaycanla bağlı əsassız və qərəzli iddialardan çəkinməyə, ölkəmizin suverenliyinə və daxili işlərinə hörmət etməyə və ikitərəfli münasibətlərə zərər vuran yanaşmalara son qoymağa çağırırıq".

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA