İran səfiri açıqladı – Azərbaycanla sərhəddə yeni sistem işə düşür

Tarix:18-09-2026, 21:20
Baxış Sayı:2

İran səfiri açıqladı – Azərbaycanla sərhəddə yeni sistem işə düşür

Azərbaycan və İran gömrük sahəsində mühüm yeniliyə hazırlaşır. İki ölkə arasında gömrük sənədlərinin elektron mübadiləsinə keçidlə bağlı razılıq əldə olunub.

igia.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ISNA-ya müsahibəsində bildirib.

Diplomat Astara sərhəd-keçid məntəqəsinin Azərbaycanla İran arasında iqtisadi əlaqələrin inkişafında xüsusi rol oynadığını vurğulayıb.

Onun sözlərinə görə, tərəflər sərhəddə yaranan məsələlərin həlli üçün qarşılıqlı fəaliyyəti gücləndiriblər. Son dövrdə Azərbaycan və İran nümayəndə heyətlərinin qarşılıqlı səfərləri də intensivləşib.

Dəmirçilu bildirib ki, gömrük sənədlərinin elektron mübadiləsinə keçilməsi sərhəddə prosedurların sürətləndirilməsinə xidmət edəcək.

İran səfiri hesab edir ki, iki ölkə arasında əlaqələrin genişləndirilməsi qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına və tranzit yüklərin sərhəddən daha sürətli keçirilməsinə imkan yaradacaq.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA