Bakıda 12 yeni kollektor tikiləcək

Tarix:29-09-2026, 14:50
Baxış Sayı:1

Bakıda 12 yeni kollektor tikiləcək

Dövlət Proqramı çərçivəsində 12 yeni kollektorun tikilməsi və 3 mövcud kollektorun bərpası nəzərdə tutulur.
igia.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakibaku saytına müsahibəsində deyib.

O bildirib ki, hazırda 7 kollektor və bir sıra əlaqəli infrastruktur layihələri üzrə işlər başlanıb, digər layihələr üzrə isə layihələndirmə və hazırlıq mərhələsi davam edir:

Bakı şəhəri və Abşeron yarımadasında Pirşağı hövzəsi, Dərnəgül–Bakıxanov–Qaraçuxur–Hövsan istiqaməti, Lökbatan, Müşfiqabad, Sahil, Böyükşor və Zığ–Hövsan istiqamətləri üzrə kollektor və tullantı sularının idarə olunması infrastrukturu ilə bağlı işlər mərhələli şəkildə həyata keçirilir".

Z. Mikayılov deyib ki, Bakının 30 küçəsində nəzərdə tutulan yağış və tullantı su şəbəkələrinin qurulması da Dövlət Proqramının tərkib hissəsidir:

"Bu işlər vahid layihə deyil, müxtəlif ərazilər və infrastruktur elementləri üzrə mərhələli şəkildə həyata keçirilir. Ona görə də, nəticələr ayrı-ayrı küçə və ərazilərdə işlərin tamamlanma qrafikinə uyğun olaraq hiss olunacaq".

"Məqsəd yalnız yeni kollektorların tikilməsi deyil, həmin kollektorları qidalandıracaq geniş şəbəkənin də yaradılmasıdır. Bu şəbəkə genişləndikcə tullantı və yağış sularının daha sistemli idarə olunması və subasma riskinin mərhələli şəkildə azaldılması mümkün olacaq", - deyə qurum sədri əlavə edib.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA