Deputat tənqid etmişdi: Nazirin qəbuluna düşmək qaydası dəyişdi

Tarix:13-10-2026, 12:30
Baxış Sayı:1

Deputat tənqid etmişdi: Nazirin qəbuluna düşmək qaydası dəyişdi

Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən Nazirliyin İnternet portalında “Vətəndaş qəbulu” modulu hazırlanaraq istifadəyə verilib.
Bu barədə igia.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, yeni rəqəmsal həll vətəndaş qəbullarının qeydiyyatını, müraciətlərin nəticələrinin izlənilməsini və təhlilini vahid elektron mühitdə birləşdirir.

Modul vasitəsilə hər bir qəbul üzrə vətəndaşın məlumatları, müraciətin məzmunu, aidiyyəti struktur bölmələr, məsul əməkdaş və qəbulun nəticəsi vahid elektron kartda qeydə alınır. Sistem vətəndaş məlumatlarının avtomatlaşdırılmış qaydada əldə edilməsinə, müraciətlərə aid sənədlərin elektron formada əlavə olunmasına və məlumatların təkrar daxil edilməsinin azaldılmasına imkan yaradır.

Yeni modulun mühüm üstünlüklərindən biri müraciətlərin nəticələrinin sistemli şəkildə izlənilməsi və təhlilidir. Elektron sistemdə müraciətlərin statusları üzrə uçot aparılır, müxtəlif meyarlar əsasında axtarış və filtrasiya imkanları təqdim olunur. Eyni zamanda rəhbərlik üçün gündəlik, həftəlik, aylıq və digər dövrlər üzrə analitik hesabatların hazırlanması təmin edilir.

Bu imkanlar vətəndaş müraciətlərinin əsas mövzularını, onların struktur bölmələr üzrə bölgüsünü və qəbulun nəticələrini operativ qiymətləndirməyə, mövcud problemləri müəyyənləşdirməyə və idarəetmə qərarlarının məlumatlar əsasında qəbuluna şərait yaradır.

“Vətəndaş qəbulu” modulunun istifadəyə verilməsi Səhiyyə Nazirliyində daxili idarəetmə proseslərinin rəqəmsallaşdırılması, vətəndaşlarla işin səmərəliliyinin artırılması, nəzarət və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin mühüm hissəsidir. Modulun tətbiqi ilə vətəndaş qəbulları üzrə məlumatların vahid elektron mühitdə idarə olunması və məlumatlara əsaslanan idarəetmə imkanlarının genişləndirilməsi təmin edilib.

Xatıladaq ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sentyabrın 21-də keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının üzvü olan deputat Səyyad Aran səhiyyə naziri Teymur Musayevi sərt tənqdi edib. O, səhiyyə nazirinin qəbuluna düşməyin müşkül olduğunu bildirib. Deputatın iddiasına görə əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alıb içəri buraxırlar, əsl şikayəti olanlar isə nazirə sözünü deyə bilmir.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA