“Virtual Kimya” qrant layihəsi çərçivəsində açılış tədbiri baş tutub.

Tarix:29-12-2025, 10:20
Baxış Sayı:9

“Virtual Kimya” qrant layihəsi çərçivəsində açılış tədbiri baş tutub.

Layihə çərçivəsində virtual OLabs laboratoriyasından istifadə üzrə təlimlər, müəllimlər üçün metodiki və mentor dəstəyi, dərslərin texniki təşkili, nəticələrin qiymətləndirilməsi və layihənin ictimaiyyətə təqdimatı həyata keçiriləcək. Bu məqsədlə IX və X sinif şagirdləri üçün kimya dərslərində virtual laborator məşğələlər təşkil ediləcək, müəllimlərin rəqəmsal bacarıqları gücləndiriləcək və şagirdlərin praktik öyrənmə imkanları genişləndiriləcək. Layihə 6 ay müddətində icra olunacaq və bu müddət ərzində təlimlər, virtual laborator dərsləri, mentor dəstəyi, aralıq və yekun qiymətləndirmə mərhələləri mərhələli şəkildə həyata keçiriləcəkdir.

Xatırladırıq ki, “Virtual Kimya” qrant layihəsi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsinin qalib layihələrindəndir və Günay Gondolova tərəfindən Balakən rayon Qaravəli kənd Ə.Şirinov adına tam orta ümumtəhsil məktəbində həyata keçirilir. Layihənin məqsədi – ümumi təhsil müəssisəsində kimya fənninin tədrisində praktik komponentin gücləndirilməsi, şagirdlərin eksperimentlərə rəqəmsal formada cəlb olunması və fənnə maraqlarının artırılması məqsədilə OLabs platformasının dərslərə inteqrasiyasını təmin etməkdir. Layihə, resurs çatışmazlığı səbəbindən real laborator təcrübələrdən kənarda qalan şagirdlərə virtual laboratoriya vasitəsilə öyrənmə imkanı yaradacaq, onların analitik düşüncə və müşahidə bacarıqlarını inkişaf etdirəcək, həmçinin müəllimlərin rəqəmsal tədris mühitinə uyğunlaşmasını sürətləndirəcək.






"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA