Azərbaycanda dövlət qurumu LƏĞV EDİLDİ

Tarix:12-01-2026, 17:00
Baxış Sayı:2

Azərbaycanda dövlət qurumu  LƏĞV EDİLDİ
Naxçıvan Muxtar Respublikasında Tibbi Sosial-Ekspert Komissiyası ləğv edilib.

igia.az-ın məlumatına görə, müvafiq qərar Naxçıvan Muxtar Respublikasının Baş nazirinin birinci müavini Elşad Əliyev tərəfindən qəbul olunub.

Qərara əsasən, “Naxçıvan Tibbi Sosial-Ekspert Komissiyasının yaradılması və ştat cədvəlinin təsdiq edilməsi haqqında” 2016-cı il 5 dekabr tarixli, 114 nömrəli qərarın 1-ci hissəsi də ləğv edilib. Həmçinin bildirilib ki, bu qərardan irəli gələn məsələlərin həlli Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunur. Qərar imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, Naxçıvan Tibbi Sosial-Ekspert Komissiyası 2008-ci ildə yaradılıb. Komissiyanın əsas məqsədi sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi-sosial ekspertizasının aparılması, əlillik dərəcəsinin və səbəbinin müəyyən edilməsi, əmək qabiliyyətinin qiymətləndirilməsi, eləcə də reabilitasiya ehtiyaclarının müəyyən olunması olub. Bu qurumun rəyləri əsasında vətəndaşların sosial müavinətlərə, reabilitasiya vasitələrinə və digər sosial təminat mexanizmlərinə çıxışı formalaşdırılırdı.

Gələcəyin ustaları burada yetişir
Gələcəyin ustaları burada yetişir
Buraxılış imtahanlarının nəticələri bu tarixdə AÇIQLANCAQ
Buraxılış imtahanlarının nəticələri bu tarixdə AÇIQLANCAQ
70 kq qızılla tutulan polkovnikə hökm oxundu
70 kq qızılla tutulan polkovnikə hökm oxundu
Məzahir Pənahov yenidən MSK sədri seçildi
Məzahir Pənahov yenidən MSK sədri seçildi
Ciyəraxşamında əmioğulları öldürüldü: Biri ANAMA əməkdaşı olub
Ciyəraxşamında əmioğulları öldürüldü: Biri ANAMA əməkdaşı olub
Komandası uduzan qəzəbli azarkeş televizoru pəncərədən atdı - VİDEO
Komandası uduzan qəzəbli azarkeş televizoru pəncərədən atdı - VİDEO
"Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılışı olub
"Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılışı olub
On saatlıq unikal əməliyyat: Pasiyentin öz sümüyü ilə yeni çənə qurulub
On saatlıq unikal əməliyyat: Pasiyentin öz sümüyü ilə yeni çənə qurulub