Döyüşlərdə zərər görən teatr binası yenidən açıldı

Tarix:29-12-2025, 14:30
Baxış Sayı:2


Mariupolda Rus Dram Teatrı bərpa işlərindən sonra fəaliyyətini yenidən bərpa edib.

igia.az xəbər verir ki, bu barədə Izvestiya məlumat yayıb. Bildirilir ki, binanın tarixi görkəmi, o cümlədən fasadındakı heykəltəraşlıq elementləri qorunub saxlanılıb, eyni zamanda teatr müasir texniki avadanlıqla təchiz edilib.

Məlumata görə, binada liftlər quraşdırılıb ki, bu da xüsusilə fiziki məhdudiyyətli tamaşaçılar üçün vacibdir. Səhnə avadanlığı tam yenilənib: fırlanan səhnə mexanizmi, səhnə planşeti, üç rejimli orkestr çuxuru quraşdırılıb, dekorasiyaların dəyişdirilməsi üçün elektron idarəetməli 84 qaldırıcı mexanizm montaj edilib.

Zal 520 tamaşaçı üçün nəzərdə tutulub. Zərurət yaranarsa, orkestr çuxurunun transformasiyası hesabına əlavə üç sıra oturacaq da quraşdırmaq mümkündür.

Qeyd edək ki, Dram Teatrının binası 16 mart 2022-ci ildə baş verən döyüşlər zamanı ciddi ziyan görüb. Həmin hadisə nəticəsində 14 nəfər həlak olub.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA