İkinci əl maşınları 2026-da nə gözləyir? – Qiymətlər BELƏ OLACAQ

Tarix:29-12-2025, 13:30
Baxış Sayı:3


Avtomobil bazarında sıfır km satışlara yönəlik kampaniyaların artması ikinci əl bazarına da birbaşa təsir göstərir.

igia.az Türkiyə mediasına istinadən xəbər verir ki, sektor nümayəndələrinin fikrincə, 2026-cı ildə ikinci əl avtomobillərdə kəskin bahalaşma yox, daha çox sabit və seçici bir bazar formalaşacaq.

Cardata şirkətinin baş direktoru Hüsamettin Yalçın bildirir ki, 2025-ci ilin ikinci yarısından etibarən sıfır km və ikinci əl bazarları açıq şəkildə ayrılıb. Onun sözlərinə görə, sıfır avtomobillərin qiymətləri artmaqda davam etsə də, ikinci əl bazarında qiymətlər daha çox stabil və dalğalı hərəkət edir. Yalçın qeyd edir ki, ikinci əl artıq sürətlə bahalaşan yox, tarazlıq axtaran bazardır.

RS Holding-in idarə heyəti üzvü Dr. Naim Çetintürk hesab edir ki, inflyasiyanın azalması və kreditlərə çıxışın asanlaşması 2026-cı ildə avtomobil satışlarını dəstəkləyə bilər. Bununla yanaşı, o vurğulayır ki, qızıl qiymətlərinin yüksək qalması bəzi investorların avtomobil əvəzinə qızıla yönəlməsinə səbəb olur. Digər iqtisadi göstəricilər isə ikinci əl bazarında canlanma ehtimalını gücləndirir.

VavaCars-ın kommersiya qrupunun rəhbəri Serdıl Gözelekli bildirir ki, ikinci əl avtomobil qiymətləri ilin əvvəlindən təxminən 18 faiz artsa da, bu artım inflyasiyadan geri qalır. Onun sözlərinə görə, qiymətlər əsasən dolların hərəkətinə paralel dəyişir. Gözelekli 2026-cı ildə bazarda sabit və iqtisadi şərtlərə uyğun böyümə gözləndiyini deyir.

LenaCars-ın baş direktoru Selçuk Nazik isə sıfır avtomobil kampaniyalarının alıcı davranışını dəyişdirdiyini bildirir. O qeyd edir ki, bazar daralmayıb, sadəcə istiqamət dəyişib və notariat əməliyyatlarının sayı yüksək olaraq qalır. Nazikin fikrincə, 2026-cı ildə ikinci əl avtomobil qiymətlərində məhdud, amma sabit artım mümkündür.

Aşin Otomobilin baş direktoru Okan Erdem deyir ki, sıfır avtomobillərdəki aqressiv endirimlər xüsusilə 0–3 yaşlı ikinci əl maşınların qiymətlərini sıxışdırır. Onun sözlərinə görə, 2026-cı ildə model üzrə fərqlər daha qabarıq olacaq, baxımsız avtomobillər isə dəyər itirə bilər.

"Otomerkezi"nin CEO-su Ali Karakaş da vurğulayır ki, sıfır avtomobil satışlarının artması ikinci əl bazarında təklifi genişləndirir. Bu vəziyyət qiymətləri birbaşa ucuzlaşdırmasa da, pazarlıq imkanlarını alıcı lehinə artırır. Karakaş 2026-cı ildə ikinci əl bazarında real qiymətlərin yatay və ya zəif enişli ola biləcəyini bildirir.

Ümumilikdə, ekspertlərin ortaq qənaətinə görə, 2026-cı ildə ikinci əl avtomobil bazarında kəskin qiymət sıçrayışı gözlənilmir. Kampaniyalar, iqtisadi göstəricilər və tənzimləyici qaydalar fonunda bazar daha balanslı və seçici mərhələyə daxil olacaq.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA