20 Yanvar – Qürur, Şərəf və Milli İradə Günü

Tarix:19-01-2026, 15:18
Baxış Sayı:4

20 Yanvar Azərbaycan xalqının yaddaşına qanla yazılmış, lakin eyni zamanda milli qürur və müstəqillik ruhunu alovlandıran tarixi bir gündür. Bu gün təkcə faciə deyil, həm də xalqımızın azadlıq yolunda nümayiş etdirdiyi iradənin, cəsarətin və vətən sevgisinin rəmzidir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının silahlı qüvvələri Bakıda və ölkəmizin bir sıra bölgələrində dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törətdi. Qadın, uşaq, qoca demədən günahsız insanlar yalnız azad yaşamaq, öz taleyinə sahib çıxmaq istədikləri üçün amansızcasına qətlə yetirildi. Bu hadisə insanlığa qarşı törədilmiş ağır cinayət olmaqla yanaşı, Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi.
Əksinə, 20 Yanvar faciəsi xalqımızın azadlıq ruhunu daha da gücləndirdi, milli birliyimizi möhkəmləndirdi və müstəqil dövlət qurmaq əzmini sarsılmaz etdi. Məhz bu qanlı hadisədən sonra Azərbaycan xalqı öz yolunu qətiyyətlə seçdi – azadlıq və müstəqillik yolu.
Bu faciəyə ilk siyasi-hüquqi qiyməti verən Ümummilli Lider Heydər Əliyev olmuşdur. Onun prinsipial mövqeyi və cəsarətli çıxışları 20 Yanvar hadisələrinin əsl mahiyyətini dünyaya çatdırdı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulur, onların ailələrinə dövlət qayğısı göstərilir.
20 Yanvar şəhidləri bizim milli yaddaşımızın, azadlığımızın və dövlətçiliyimizin sarsılmaz təməlidir. Onların canı bahasına qazandığımız müstəqillik bu gün güclü Azərbaycan dövləti ilə davam edir. Hər bir vətəndaşın borcu bu tarixi unutmaq deyil, onu gənc nəsillərə düzgün və dolğun şəkildə çatdırmaqdır.
Bizlər bu müqəddəs şəhidlərin xatirəsini daim ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı yaşadıqca 20 Yanvar şəhidlərinin adı da, əməyi də unudulmayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Vətən sağ olsun!
Məmmədov Məmməd Sabit oğlu
Samux Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi

Sabah 40 dərəcə isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Novxanıdakı istirahət mərkəzində ölüm
Novxanıdakı istirahət mərkəzində ölüm
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI