Zabil Qəhrəmanovun həbs müddəti uzadıldı

Tarix:19-01-2026, 20:17
Baxış Sayı:0

Zabil Qəhrəmanovun həbs müddəti uzadıldı
Hazırda həbsdə olan vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

igia.az xəbər verir ki, bununla bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib. Qərara əsasən, Zabil Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.
Zabil Qəhrəmanovun vəkili Babək Həmidov bildirib ki, müvəkkili barəsində cinayət işi Gəncə Şəhər Polis İdarəsində açılsa da, cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində aparılır. Ona görə də Zabil Qəhrəmanov Bakıya gətirilib və Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Həmçinin ona əlavə ittihamlar irəli sürülüb. Hazırda Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi - 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur. (Mənbə: APA)

Yazıçılar Birliyinə qəbul dayandırıldı
Yazıçılar Birliyinə qəbul dayandırıldı
Kirpik diblərinin qaşınması təhlükəlidir - Bu xəstəliyin əlaməti ola bilər
Kirpik diblərinin qaşınması təhlükəlidir - Bu xəstəliyin əlaməti ola bilər
DÇ-2026: II turun oyunlarına start verilir
DÇ-2026: II turun oyunlarına start verilir
Azərbaycanda çoban həbs edildi - Milyonluq yeyinti
Azərbaycanda çoban həbs edildi - Milyonluq yeyinti
Cəlilabadda montyoru "tok" vurdu
Cəlilabadda montyoru "tok" vurdu
İsveç səfiri Azərbaycanı tərk edir - FOTO
İsveç səfiri Azərbaycanı tərk edir - FOTO
Sertifikasiyaya qatılmayan müəllimlərin sayı məlum oldu
Sertifikasiyaya qatılmayan müəllimlərin sayı məlum oldu
Baydenin oğluna iş verdilər
Baydenin oğluna iş verdilər