Baş Prokurorluqdan həkim cərrahla bağlı RƏSMİ AÇIQLAMA

Tarix:19-01-2026, 20:26
Baxış Sayı:2

Baş Prokurorluqdan həkim cərrahla bağlı RƏSMİ AÇIQLAMA
Baş Prokurorluq həkim cərrah Rauf Xəlilovla bağlı Səhiyyə Nazirliyinə təqdimat göndərib.

Baş Prokurorluqdan igia.az-a verilən məlumata görə, Qasımova Gülbəniz Mahir qızının 04.04.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “HTC Cliniva Hospital”da həkim-ümumi cərrah Rauf Xəlilov tərəfindən “abdominaplastika” (qarın gərmə) əməliyyatının düzgün olunmaması səbəbindən səhhətinin ağırlaşması və həkim tərəfindən ondan qanunsuz ödənişlərin tələb edilməsi barədə müraciəti üzrə Nizami rayon prokurorluğunda araşdırma aparılıb.

Bildirilib ki, Nizami rayon prokurorluğunda aparılmış araşdırma zamanı çoxsaylı istintaq hərəkətləri icra olunub, o cümlədən komisyon məhkəmə-tibb ekspertizası təyin edilib. Ekspertizanın rəyinə əsasən Gülbəniz Qasımovanın məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərərvurmanın qiymətləndirilməsində meyar kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamət müəyyən ediməyib, habelə, “Herniotomiya, hernioplastika və abdominoplastika” əməliyyatını icra edən briqadanın tərkibinin normativ aktlara uyğun olması müəyyən edilib.
Qeyd olunanlar nəzərə alınaraq toplanmış material üzrə 01.09.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib və vətəndaşa hüquqları izah olunub.
Eyni zamanda, “HTC Cliniva Hospital”ın həkim cərrahı Xəlilov Rauf Qurban oğlunun fəaliyyətində yol verdiyi nöqsan və çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrar olunmamasına dair müvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluq tərəfindən Səhiyyə Nazirliyinə təqdimat göndərilib.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA