Ən çox qar yağan rayonlar - SİYAHI

Tarix:20-01-2026, 11:52
Baxış Sayı:3

Ən çox qar yağan rayonlar - SİYAHI
Faktiki hava açıqlanıb.

igia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 20-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə sulu qar, qar yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.

Yağan qarın hündürlüyü Lerikdə 85, Əlibəydə (Zaqatala) 42, Kəlbəcərdə 40, Yardımlıda 38, Laçın, Qubadlı və Şahbuzda 35, Şuşada 25, Sarıbaş (Qax) və Kişçayda (Şəki) 23, Xızıda 20, Quba, Xankəndi və Xaltanda 17, Qusar və Şərurda 13, Qobustanda 12, Xocalı, Göygöl, Şahdağ və Oğuzda 7, Sədərək və Gədəbəydə 6, Ağdam, Füzuli və Ceyrançöldə 5, Göyçay, Tovuz və Daşkəsəndə 4, Tərtər və Qəbələdə 3, Balakən, Bərdə və Naxçıvanda 2, Mingəçevir, Şəmkir, İsmayıllı, Şamaxı, Şabran, Goranboy, Culfa və Ordubadda 1 sm-dir.

Düşən yağıntının miqdarı Lənkəranda 86 (aylıq normanın 90 %-i), Astarada 69 (aylıq normanın 70 %-i), Cəlilabadda 49 (aylıq normanın 77 %-i), Beyləqanda 25, İmişlidə 13, Yevlaxda 10, Saatlı və Sabirabadda 5, Kürdəmir və Biləsuvarda 4, Cəbrayıl, eyni zamanda Bakıda və Abşeron yarımadasında 3, Neftçalada 2, Ağsu, Xaçmaz və Naftalanda 1 mm-dir.

Bir sıra ərazilərdə şimal küləyi əsir, küləyin maksimal sürəti Salyan və Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənir.

Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Qəbələ, Xaltan, Oğuz, Qusar, Qrızda duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Aran rayonlarında 1, Naxçıvan MR-da 13, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta qeydə alınıb.

Sabah 40 dərəcə isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Novxanıdakı istirahət mərkəzində ölüm
Novxanıdakı istirahət mərkəzində ölüm
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI