SN rəhbərliyi və kollektivi 20 Yanvar şəhidlərini yad etdilər - FOTOLAR

Tarix:20-01-2026, 13:48
Baxış Sayı:1

SN rəhbərliyi və kollektivi 20 Yanvar şəhidlərini yad etdilər - FOTOLAR
Azərbaycan xalqının tarixi yaddaşına istiqlaliyyətə gedən yol, milli qürur və mübarizə günü kimi əbədi həkk olunan 20 Yanvar hadisələrindən 36 il ötür.

igia.az xəbər verir ki, Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi 20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.

1990-cı il yanvarın 20-si qəhrəman Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Bu tarix milli oyanış prosesini sürətləndirib, Azərbaycan dövlətinin müstəqilliyinin bərpasında mühüm rol oynayıb. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazıblar.

20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olub.

1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol Qarabağ Zəfəri ilə ən şanlı zirvəyə çatıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Böyük Qələbə xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılıb.

20 Yanvar xalqımızın tarixi yaddaşında əbədi iz buraxıb, şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daima yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA