Azərbaycanda vəzifəli şəxslərin bu imtiyazı ləğv edildi

Tarix:2-02-2026, 12:00
Baxış Sayı:1

Azərbaycanda vəzifəli şəxslərin bu imtiyazı ləğv edildi

Azərbaycanda vəzifəli şəxslərə əlavə təhsil almaları və siyasi hazırlıq keçmələri üçün verilən imtiyaz ləğv edilib.

Dövlət qurumlarının əməkdaşlarının (nazirlik, Dövlət Komitəsi, Dövlət Agentliyi, rayon və şəhər icra hakimiyyətləri) ikinci ali təhsil üçün Prezident yanında Dövlət İdarəçilik Akademiyasına qəbulu dayandırılıb.

Artıq göndərişlərlə tələbə olmaq və təhsil almaq mümkün deyil.

Məlumatı təsdiqləyiblər. Amma bunun səbəbini açıqlamayıblar.

“Biz icraedici idik, səbəbi barədə məlumatımız yoxdur. Səbəbini Elm və Təhsil Nazirliyi açıqlaya bilər”, - ali məktəbdən bildrilib.

Qeyd edək ki, Azərbaycanda dövlət orqanlarında işləyənlərin ikinci təhsil alması üçün xüsusi imtiyazlar uzun illər mövcud olub. Bu praktikanın əsası sovet zamanında qoyulub. Həmin dövrdə vəzifəli şəxsləri ikinci ali təhsil üçün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında fəaliyyət göstərən Bakı Ali Partiya Məktəbinə göndərirdilər. Həmin məktəb 1921-ci ilin dekabrında təşkil edilib və 1928-ci ilədək Mərkəzi Sovet Partiya Məktəbi adlanıb. Ali məktəb Azərbaycanda yüksək ixtisaslı ilk siyasi təhsil müəssisəsi sayılır.

Müstəqillik illərində də bu proses davam edib. Nazirlik, icra hakimiyyətləri və digər dövlət qurumlarında işləyənlər əvvəlcədən ayrılan kvota əsasənda göndərişlə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına (DİA) qəbul edilirdilər. Bu proses ölkədə tələbə qəbuluna cavabdeh olan Dövlət İmtahan Mərkəzinin nəzarətindən kənar həyata keçirilirdi.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA