Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" detalı - VİDEO

Tarix:8-02-2026, 07:47
Baxış Sayı:1

Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" detalı - VİDEO


Paytaxtın Xətai rayonu, Əhmədli ("kənd Əhmədli") qəsəbəsində bədbəxt hadisə baş verib.

Yerli KİV-də yayılan məlumata görə, sözügedən ünvandakı mənzillərdən birində yaşayan iki körpənin dəm qazından zəhərləndiyi bildirilir.

Lakin onların yaxınları Baku TV-yə bu məlumatın həqiqətə uyğun olmadığını söyləyirlər. Onlar bildiriblər ki, uşaqların ölüm səbəbi hələlik dəqiq müəyyənləşdirilməyib və bu, araşdırmalardan sonra məlum olacaq.

Qeyd olunub ki, ailənin yaşadığı fərdi yaşayış evində bir müddət əvvəl yanğın hadisəsi baş verib və bundan sonra evdə təmir işləri aparılıb.

Məlumata əsasən, bir neçə gün əvvəl aparılan təmir zamanı döşəməyə boya vurulub. Ehtimal edilir ki, iki yaşlı əkiz uşaqlar boyadan zəhərlənərək həyatlarını itiriblər.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA