Tanınmış cərrahı qətlə yetirən əri barədə QƏRAR

Tarix:10-02-2026, 14:00
Baxış Sayı:0

Tanınmış cərrahı qətlə yetirən əri barədə QƏRAR
Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı, Türkiyə vətəndaşı Məhəmməd (Muhammet) Gündüzün barəsində olan hökmdən verilən kasassiya şikayətinə baxılıb.

Bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Məhəmməd Gündüz Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hpkmün cəza hissəsi dəyişdirilmədən saxlanılıb. Lakin, Türkan Gündüzünün nümayəndəsinin verdiyi mülki iddia qismən təmin edilib və Məhəmməd Gündüzün zərərçəkənin ailəsinə 15 min 700 manat ödəməsinə qərar verilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin mayın 6-da baş verib. Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Məhəmməd Gündüz həyat yoldaşı, tanınmış plastik cərrah Türkan Yafəs qızı Gündüzü bıçaqlayıb. Ağır xəsarətlər alan 41 yaşlı qadın hadisə yerində vəfat edib.

Türkan Gündüz ixtisaslı plastik cərrah, proktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda “City Hospital” klinikası olub.

Qətli törədən Məhəmməd Gündüz isə biznes fəaliyyəti ilə məşğul olub, onlar 14 il əvvəl ailə həyatı qurublar. Hadisəni törədən M.Gündüz saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.(apa)

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA