Başqalarına paxıllıq etmək hissinin öhdəsindən necə gələk? - Rusiyalı psixoloq izah edir

Tarix:16-02-2026, 10:00
Baxış Sayı:4

Başqalarına paxıllıq etmək hissinin öhdəsindən necə gələk? - Rusiyalı psixoloq izah edir

"Başqalarına paxıllıq etmək hissinin öhdəsindən dörd addımda gəlmək mümkündür. Bu yanaşma özünü başqaları ilə müqayisədən yaranan hissləri həyatı yaxşılaşdırmaq üçün konstruktiv alətə çevirməyə kömək edir".

Bunu psixologiya üzrə fəlsəfə doktoru Yelena Şpaqina bildirib.

Onun sözlərinə görə, xüsusilə 14 fevral kimi günlərdə sosial şəbəkələrdə münasibətlərin reallığı deyil, onların ideal, filtrdən keçirilmiş və stilizə olunmuş görüntüsü nümayiş etdirilir:

"Öz gündəlik həyatınızı bu cür kontentlə müqayisə etmək təbii olaraq ağrı və həsəd hissi yarada bilər. Lakin bu hissləri konstruktiv siqnala çevirmək mümkündür. Birinci addım - həyatla həyatı deyil, prosesi nəticə ilə müqayisə etdiyinizi anlamaqdır", - deyə mütəxəssis qeyd edib.

Şpaqinanın sözlərinə görə, ikinci addım rəqəmsal ekoloji yanaşmadır:

"Bir günlüyə ideal görüntülər təqdim edən hesabları izləməkdən imtina edin. Passiv skrollinq əvəzinə aktiv fəaliyyətlə məşğul olun".

Mütəxəssis bildirib ki, üçüncü addım müqayisə enerjisini düzgün istiqamətləndirməkdir:

"Özünüzə səmimi sual verin: "Mən əslində nə istəyirəm?" Kədərinizin arxasında hansı ehtiyacın dayandığını müəyyənləşdirin. Sonra özünüzdən soruşun: "Bunu özümə necə verə bilərəm və ya real həyatda partnyorumdan necə xahiş edə bilərəm?" Bəlkə də sosial şəbəkədə gördüyünüz buket əvəzinə sizə birgə gəzinti lazımdır", - deyə Şpaqina əlavə edib.

Psixoloq vurğulayıb ki, sonuncu addım gündəlik həyata görə minnətdarlıq hissini inkişaf etdirməkdir:

"Münasibətlərinizdə fotogenik olmayan, ideal görünməyən, lakin sizin üçün dəyərli olan anların siyahısını düşüncənizdə tərtib edin".

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA