Azərbaycandan Rusiyaya köçənlərin sayı 6 dəfə azalıb - STATİSTİKA

Tarix:16-02-2026, 17:00
Baxış Sayı:4

Azərbaycandan Rusiyaya köçənlərin sayı 6 dəfə azalıb - STATİSTİKA

Ötən il Azərbaycandan 460 şəxs Rusiyaya könüllü köç edib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir. 2025-ci ildə xaricdə yaşayan etnik ruslar və onların ailə üzvləri üçün könüllü köçürülmə proqramında iştirak edənlərin daha bir rekord sayı qeydə alınıb. Məlumata görə, 2025-ci ildə proqram çərçivəsində 26.700 nəfər köçürülüb. Bir il əvvəl bu rəqəm 31.700 nəfər olub. Bu arada, hakimiyyət orqanları həmvətənlərin geri qayıtmasını miqrasiya siyasətinin prioriteti adlandırır.

2022-ci ildə Ukraynanın işğalından bəri keçmiş Sovet ölkələrindən köçürülən soydaşların sayı kəskin şəkildə azalıb. Ukraynadan 18 dəfə, Tacikistandan 10 dəfə, Azərbaycan və Moldovadan 6 dəfə, Gürcüstandan 5 dəfə, Ermənistandan 4 dəfə və Qazaxıstandan 3 dəfə azalma müşahidə olunub.

Rusiyada "Həmvətənlər üçün Könüllü Məskunlaşma Proqram"ı 2007-ci ildən bəri qüvvədədir. Proqramın məqsədi SSRİ-nin dağılmasından sonra ölkədən kənarda qalan etnik rusların ailə üzvləri ilə birlikdə Rusiyaya qaytarılmasıdır. Proqramın başlanmasından bəri 1,2 milyondan çox insan Rusiyaya köçüb. Köçənlərə sürətləndirilmiş proses vasitəsilə - 9-12 ay ərzində Rusiya vətəndaşlığını almaq hüququna verilir.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA