Lukaşenkoya qarşı sanksiyalar tətbiq edildi

Tarix:18-02-2026, 12:30
Baxış Sayı:2

Lukaşenkoya qarşı sanksiyalar tətbiq edildi

Ukrayna Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar paketi tətbiq edib.

igia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.Zelenski bildirib ki, Rusiya 2025-ci ilin ikinci yarısında Belarus ərazisində hücum dronlarını idarə etmək üçün stansiyalar quraşdırıb. Onun sözlərinə görə, bu stansiyalar Rusiya ordusunun Kiyevdən Volına qədər Ukraynanın şimal regionlarına hücum qabiliyyətini artırıb.

Zelenski qeyd edib ki, Rusiya Belarusun bu yardımı olmadan hücumların bəzilərini, xüsusilə də enerji infrastrukturu və dəmir yolu xətlərinə zərbələri həyata keçirə bilməzdi.

“3000-dən çox Belarus şirkəti Rusiyanın ixtiyarındadır. Bu şirkətlər texnika, avadanlıq və kritik əhəmiyyətli komponentlərin təchizatında rol oynayır”, - Zelenski vurğulayıb.

O əlavə edib ki, Belarus ərazisindən “Oreşnik” raketlərinin atılması üçün də müvafiq infrastruktur yaradılır ki, bu da təkcə Ukrayna üçün yox, bütün Avropaya təhdiddir.

Zelenski onu da bildirib ki, Lukaşenko uzun müddətdir Rusiyaya sanksiyalardan yayınmağa kömək edir: “O, aktiv şəkildə Rusiyanın müharibəsinə bəraət qazandırır və onun uzadılmasında öz şəxsi iştirakını artırır. Bunun xüsusi nəticələri olacaq”.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA