Saleh Məmmədovun qaranlıq layihələri: faktlar üzə çıxır

Tarix:18-02-2026, 15:00
Baxış Sayı:0

Saleh Məmmədovun qaranlıq layihələri: faktlar üzə çıxır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) fəaliyyəti ilə bağlı aparılan yoxlamalar çərçivəsində qurumun eks-rəhbəri Saleh Məmmədovun dövründə icra edilmiş yol layihələri araşdırmaya cəlb edilib.

Hazırda yoxlanılan əksər yerlərdə ciddi texniki və icra problemləri aşkarlanıb.

Daha əvvəl də qeyd olunduğu kimi, təkcə mərkəzi Aparat deyil, rayon Yol idarələrinin rəhbərləri və məsul şəxsləru də yoxlamalara cəlb olunub.

Araşdırılan sənədlər və yerində baxışlar zamanı asfalt örtüyündə erkən dağılmalar və nahamarlıqlar, yol yatağında çökmələr və sürüşmələr, sel suları nəticəsində təkrar dağılmalar, standartlara uyğun olmayan “base” (qum-çınqıl) materialından istifadə, iri fraksiyalı çınqılın normadan artıq işlədilməsi, boru başlıqlarının normativlərə uyğun inşa edilməməsi, yol çiyinlərinin standartlara uyğun bərkidilməməsi, frezləmə işlərində keyfiyyət pozuntuları, yol yatağının qeyri-filiz materialdan inşa olunması kimi problemlər aşkarlanıb.


Yoxlamalar müxtəlif bölgələri əhatə edir. Quba-Xaçmaz zonası (Quba-Qonaqkənd, Susay-Xınalıq və s.), Şabran (Surra-Düz Bilici-Qorğan-Çinarlar), Zərdab, Ağcabədi, İmişli, Biləsuvar rayonları, Bakı-Ələt-Qazax magistralı, Xocəsən-Lökbatan yolu, Sanqacal-Çeyildağ yolu, Bakı-Şamaxı-Yevlax istiqaməti bu siyahıya daxildir.

Məsələn, Quba-Qonaqkənd yolunda asfalt örtüyünün əksər hissəsində vaxtından əvvəl dağılmalar yaranıb, sel nəticəsində uçqunlar qeydə alınıb və bərpadan sonra yenidən dağılma baş verib.

Ağcabədi rayonunda istifadə olunan materialın tərkibində iri fraksiyalı çınqıl normadan artıq olub, asfalt qatında nahamarlıqlar müşahidə edilib.

Sanqacal-Çeyildağ yolunda 6 km hissədə asfalt örtüyü tamamilə dağılıb, çökmələr yaranıb.

Xocəsən-Lökbatan yolunun asfalt örtüyündə nahamarlıqlar, çiyinlərin normaya uyğun işlənməməsi və yararsız materialda istifad faktları aşkarlanıb.

Bəzi obyektlərdə isə işlərin yarımçıq saxlanıldığı və uzun müddət davam etmədiyi müəyyənləşdirilib.


Bu siyahı ölkə üzrə layihələrin kiçik hissəsini əhatə edir. Bununla belə, artıq aşkar edilən texniki və icra qüsurları sistemli problemlərin mövcudluğuna dair iddiaları gücləndirir.

Yoxlamaların davam edəcəyi və nəticələrdən asılı olaraq hüquqi və inzibati qərarların veriləcəyi gözlənilir. Rayon Yol idarələri rəislərinin də araşdırmaya cəlb olunması prosesin daha geniş miqyas aldığını göstərir.

Yəqin ki, araşdırmaların yekun nəticələri rəsmi qurumların açıqlamalarından sonra məlum olacaq.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA